Yasamal rayonunda oğurluq hadisəsi baş verib. Rayon sakini polisə müraciət edərək ona məxsus “Volkswagen” markalı avtomobilindən naməlum şəraitdə videoqeydiyyat qurğusu və monitor oğurlandığını bildirib.
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı E.Hacıyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.















