Haqq.az xəbər verir ki,ötən gün saat 22: 30 radələrində Qəbələ rayon sakini İlkin Abdullazadə idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsilə Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Yol kənarına düşən avtomobildə yanğın baş verib.
Qəza nəticəsində avtomobildə olan sərnişin – sürücünün həyat yoldaşı Münəvvər Abdullazadə hadisə yerində həyatını itirib.
Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.



















