Haqq.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki,paytaxtın Nəsimi rayonunda yerləşən 3 evdən ümumi dəyəri 5400 manat olan qızıl-zinət əşyaları və sayğac oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı C.Qurbanlı, əvvəllər məhkum olunmuşlar 29 yaşlı E.Asvarov və M.Rəhimli müəyyən edilərək saxlanılıblar.
Polis əməkdaşlarının keçirdikləri digər tədbirlə isə Nəsimi rayonunda bir nəfərə məxsus motosikleti qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 21 yaşlı C.Qafarov da müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.






