Bazar ertəsi, Noyabr 23, 2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Tarixçi alimdən Elm və Təhsil Naziri Emin Əmrullayevə cavab

11 Sentyabr, 24 / 13:32
Manşet
A A

Elm və təhsil naziri Emin Əmrullayev “Xaricdə yaşayan Azərbaycanlı Alimlərin forumu”nda çıxışına baxdım. Orda bir cümlə bir nazirin öz vəzifəsinin nə olduğunu bilirmi sualını yaradır. Təsəvvür edin ölkənin elm və təhsilinə məsul şəxs deyir “elmlə məşğul olan insanları biz tanımırıq, görmürük.” Bilirsiniz bu nəyə oxşayır? Mən dərs deyirəm amma şagirdlərimi tanımıram.
Cənab nazir Emin Əmrullayev elmi görmək üçün elmlə maraqlanmaq lazımdır.
Keçək elmlə məşğul olan insanlara. Ömürlərini bu yola sərf edib, elmi atmayan insanları tanmaq üçün hansı addımlar atılmalıdır? Alim özü özünü tanıtmaq üçün nə etməlidir? Xüsusən ciddi alimlər mühüm əhəmiyyətə malik əsərlərini götürüb TV kanallara gedib onun reklam edilməsini xahiş etməlidirmi? Bəlkə bunun günahını alimdə yox, humanitar elmlərə Təhsildə diqqətin verilməməsidir. Son illərdə Azərbaycanda humanitar və ictimai elmlərə verilən dərs yüklərinin saatları azalmaqla yanaşı, bu istiqamətdə olan bəzi sahələr sıradan hissə hissə çıxarılır. Səbəb də göstərilir ki, dünya artıq nanotexnologiyaya, robototexnikadangenomikaya, süni intellektdən gen terapiyasına qədər mövzulara önəm verir. Dəqiq elmlər dünyanın texniki mənzərəsini dəyişir və yeni-yeni texnologiyalar inkişaf etdikcə nəyə lazımdır humanitar və ictimai elmlər. Əlbətdə, dəqiq elmlər və qeyd etdiyim sahələr üzrə mütəxissislər çox önəmlidir. Bəs DÜŞÜNCƏ ? İDRAK? İDEALOGİYA? Kim yaradacaq bunları?
Yadınıza bir faktı salım. Dünya elm tarixində humanitar elmlər niyə “Azad sənət” adlandırıldığını bilirsinizmi? Romalıların dünyanın hər yerindən qulları var idi və onlardan bəziləri yunanlar kimi çox ağıllı idilər. Romalılar qullara hər cür praktiki fənləri öyrənməyə icazə verdilər: riyaziyyat, mühəndislik, memarlıq, musiqi. Ancaq yalnız Roma vətəndaşlarına – azad insanlara ritorika, ədəbiyyat, tarix, ilahiyyat və fəlsəfəni öyrənməyə icazə verildi. Çünki bu mövzular inandırmaq sənəti ilə bağlıdır və romalılar qulların insanları ruhlandıracaq və onları üsyan və ya buna bənzər bir şey üçün birləşdirə biləcək arqumentlərlə öz fikirlərini ifadə etməyi öyrənmələrini istəmirdilər. Humanitar elmlər əqidə elmləridir və yalnız azad vətəndaşlar onları mənimsəməyə layiqdirlər. Bəs niyə cənab Nazir humanitar sahələrə bu qədər təhsil sistemində yerin az verilməsi nə deməkdir? Düşüncə adamlarının olmaması yoxsa nə?
Keçən alimlərə, hazırda mən Elmlər Akademiyasında çalışıram. Burda olan nüfuzu dünyanın bir çox mərkəzlərində olan alimlərin içərisində mən bir zərrəyəm. Hələ zərrə olaraq özümü barədə qısa deyim sizə ki, bir neçə nüfuzlu jurnallarının redaksiya heyətinin üzvü, Netflix şirkətinin müraciət edərək məqaləsindən istifadə etdiyi, İrəvan, Qarabağ, soyqırım mövzularında nüfuzlu A kateqoriyalı jurnallarda məqalələri dərc edilən, Avropa Mədəniyyət və Cəmiyyət Mərkəzi, Strasburq universitetinin Türk tədqiqatları şöbəsinin müsbət rəyini alan, 23 kitab və 200 dən çox məqaləsi dərc edilən, hazırda ölkə mediasında onlarla araşdırması dərc edilən Zaur Əliyevi görməmək nə deməkdir. Əgər bir elm okeanında bir balaca ləpə olan məni görmürsünüzsə nəhəng alimləri görməməyinizin günahı Sizdədir. Siz nə zaman Azərbaycanın tanınan alimləri ilə üz-üzə görüş keçirdiniz? Dinlədiniz, baxdınız? Gördünüz? Axı elm və təhsildə islahatların paralel və əlaqəli şəkildə aparılması daha müsbət nəticə verər. İttiham etmək asandır, gəlib görüb tanış olmaq isə ondan da asandır.
Siz Xaricdə olan alimləri misal çəkirsiniz. Heç bilirsiniz orda elə elmi mərkəz, elə ali məktəb var ki, büdcəsi Azərbaycan büdcəsinə bərabərdir. Biz alimlərin aldıqları əmək haqqından xəbəriniz var? Azərbaycanda elmlər doktoru, professorun əmək haqqısı Sizin müşavirin əmək haqqından da azdır. Belə əmək haqqı ilə biz alimlər hələ elmi atıb getməmişiksə Sizlər bizə minnətdar olmalısınız.
Azərbaycan elmində alimlərin xalqımızın etnogenezinin, arxeologiyasının, etnoqrafiyasının, dilinin, folklorunun, ədəbiyyatının, maddi və qeyri-maddi mədəni abidələrinin, qədim əlyazmalarının, mədəniyyətinin, incəsənətinin, milli-memarlıq məktəblərinin, tarixinin, müasir çağırışlar, nəzəri-metodoloji və sosial-antropoloji baxışlar, o cümlədən azərbaycançılıq prinsipləri əsasında apardıqları tədqiqatları görməniz üçün nə etmək lazımdır? Qarabağın işğalı dövründə və indi yenilən və abadlaşan rayon və şəhərlərdə dağıdılan, yox edilən, gizlədilməyə cəhd edilən tarixi abidələrin, yerlərin müəyyən edilib, dünyaya çatırılmasında iş görən alimləri görməzdən gəlmək, tanımamaq nə deməkdir?
Siz Azərbaycanda elm və təhsilin birgə inkişaf konsepsiyasının reallaşdırılmasını, kadr hazırlığını genişləndirməyi, ali məktəblərdə elmin inkişafına şərait yaradılmasının önə çəkilməsi məsələsinə diqqət yetirmək əvəzinə durub onsuz da çətinlik içərisində olmalarına baxmayaraq Elmin inkişafı üçün əziyyət çəkən alimləri görmədiyinizi qeyd edirsiniz. Bu günün alimi Təhsil sisteminin yetirməsidir. Ancaq gəlin görün bu günkü təhsil sabahın alimlərini yetişdirə biləcəkmi? Biz alimləri dəvət edib müzakirələr aparmaq əvəzinə bizləri görmədyinizi deyirsiniz. Biz olmasaq sabah Siz ölkədə heç bir gənc alim görməyəcəksiniz belə münasibətilə…

Zaur Aliyev dosent

BƏNZƏR XƏBƏRLƏR

Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir
Manşet

Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir

2026/10/28 22:25
32
“VƏTƏN FƏDAİLƏRİ” LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU
Cəmiyyət

“VƏTƏN FƏDAİLƏRİ” LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU

2026/10/05 12:03
26
BDYPİ-dən hərəkət iştirakçılarına müraciət
Cəmiyyət

BDYPİ-dən hərəkət iştirakçılarına müraciət

2026/10/01 16:35
4
Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Cəmiyyət

Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

2026/10/01 14:21
5
“Birliyin Gücü – 2026″ birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilir
Hərbi

“Birliyin Gücü – 2026″ birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilir

2026/10/01 14:00
12
Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Cəmiyyət

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

2026/09/28 17:30
5

Stay Connected test

  • 24k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

Sentyabr 17, 2025
Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya  etiketi vurulub

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya etiketi vurulub

Oktyabr 9, 2025
Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Sentyabr 2, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir

Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir

Oktyabr 28, 2026
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib

Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib

Oktyabr 28, 2026
Ruandalı nazir “ASAN xidmət”də

Ruandalı nazir “ASAN xidmət”də

Oktyabr 28, 2026
Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Oktyabr 28, 2026

Recent News

Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir

Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir

Oktyabr 28, 2026
32
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib

Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib

Oktyabr 28, 2026
5
Ruandalı nazir “ASAN xidmət”də

Ruandalı nazir “ASAN xidmət”də

Oktyabr 28, 2026
2
Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Oktyabr 28, 2026
2
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In