Bazar ertəsi, Sentyabr 28, 2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

28 Sentyabr, 26 / 17:30
Cəmiyyət, Manşet
A A

Sentyabrın 28-də Prokurorluğun inzibati binasında 1 oktyabr – Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə prokurorluq orqanlarının rəhbər heyəti Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyub. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları ziyarət olunub.

Daha sonra Şəhidlər xiyabanına gələn prokurorluğun kollektivi Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyub.

Daha sonra Baş Prokurorluğun inzibati binalar kompleksində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev çıxış edərək prokurorluq orqanlarında xidmət edən əməkdaşları və prokurorluğun veteranlarını peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan Prokurorluğunun 108 illik inkişaf yoluna nəzər salıb, onun müxtəlif tarixi mərhələlərdə əldə etdiyi nailiyyətlərdən və qarşıda duran vəzifələrdən bəhs edib.

Baş prokuror çıxışında Azərbaycan Prokurorluğunun formalaşması və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd edib. Bildirib ki, müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu prosesində Ulu Öndərin müəyyən etdiyi strateji xətt dövlət idarəçiliyinin, hüquq sisteminin və hüquq-mühafizə institutlarının müasir tələblər əsasında inkişafının mühüm əsasını təşkil edib. Bu siyasətin ardıcıl davam etdirilməsi nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin hüquqi və institusional baxımdan təkmilləşdirilməsi, dövlətçilik və qanunçuluq prinsiplərinin möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Çıxışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatların prokurorluq orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun təşkilinə, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə, əməkdaşların peşəkarlığının artırılmasına və maddi-texniki bazanın gücləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb. Qeyd olunub ki, həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində prokurorluğun fəaliyyətində müasir idarəçilik və informasiya texnologiyalarının tətbiqi genişləndirilib, hüquq-mühafizə fəaliyyətinin səmərəliliyinin artırılması, vətəndaş müraciətlərinə baxılması, şəffaflığın və operativliyin təmin edilməsi istiqamətində yeni imkanlar yaradılıb.

Baş prokuror, həmçinin ölkədə hüquq sisteminin inkişafı, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, sosial və humanitar dəyərlərin təşviqi istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edib. Bu kontekstdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sosial və humanitar sahələrdə, o cümlədən cəmiyyətin həssas təbəqələrinin müdafiəsi, mədəniyyət və digər istiqamətlərdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətin mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Tədbirdə son illərdə prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, fəaliyyətin müasir standartlar əsasında təşkili, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, “Elektron Prokurorluq” informasiya sisteminin inkişaf etdirilməsi və rəqəmsal həllərin hüquq tətbiqi fəaliyyətində istifadəsinin genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə dövlət orqanlarının, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin bərpası, burada hüquq və qanunçuluğun təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Həmçinin cinayətkarlıqla mübarizə, hüquq pozuntularının qarşısının alınması və insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq qurumları ilə qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Baş prokuror müasir dövrdə prokurorluq qarşısında duran vəzifələrin daha yüksək peşəkarlıq, məsuliyyət və çeviklik tələb etdiyini bildirib. Vurğulanıb ki, əməkdaşlar bundan sonra da qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkili, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, vətəndaş müraciətlərinə baxılmasının səmərəliliyinin artırılması, ibtidai istintaqın hərtərəfli, tam və obyektiv aparılması, ibtidai araşdırmaya prosessual rəhbərliyin və qanunların icrasına nəzarətin lazımi səviyyədə təmin edilməsi, yeni texnologiyaların imkanlarından səmərəli istifadə olunması, hüquq tətbiqetmə mexanizmlərinin təkmilləşdirilməsi, habelə, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.

Eyni zamanda, Azərbaycan Respublikasının müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə, habelə Azərbaycan xalqına qarşı xüsusilə ağır cinayətlər törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunaraq ibtidai istintaqın tamamlanması, dövlət ittihamının məhkəmədə yüksək peşəkarlıqla müdafiə olunması, ədalətli məhkəmə araşdırması nəticəsində barələrində ittiham hökmlərinin çıxarılması zamanı prokurorluq əməkdaşlarının peşəkar və fədakar fəaliyyəti, eləcə də bu istiqamətdə görülmüş digər işlər diqqətə çatdırılıb.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 sentyabr 2026-cı il tarixli Sərəncamına əsasən 4 nəfər prokurorluq işçisinə verilmiş ali xüsusi və hərbi rütbələr təqdim olunub.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2026-cı il tarixli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş dövlət qulluqçularına müvafiq medallar təqdim olunub.

Bundan əlavə, Azərbaycan Respublikasının Prezidentinin 28 sentyabr 2026-cı il tarixli Sərəncamına əsasən xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə 22 nəfər prokurorluq işçisinin “Tərəqqi” və “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalları ilə təltif edilməsi elan olunub.

Bundan başqa tədbir çərçivəsində xidməti fəaliyyətini nümunəvi icra etdiklərinə görə Azərbaycan Respublikası Baş prokurorunun 28 sentyabr 2026-cı il tarixli əmri ilə təltif olunmuş, həmçinin prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü münasibətilə prokurorluq əməkdaşları və veteranları arasında keçirilmiş şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

İştirakçılar tədbir zamanı Azərbaycanda prokurorluq orqanlarının yaranma tarixindən müasir dövrədək keçdiyi inkişaf mərhələlərini, ölkəmizdə qanunun aliliyinin təmin olunması və ədalətin bərqərar edilməsində oynadığı mühüm rolu əhatəli şəkildə əks etdirən, Azərbaycan Prokurorluğunun 108 illiyinə həsr olunmuş videoçarxa baxıblar.

Tədbir zamanı çıxış edən prokurorluğun veteranı Zahid Vəliyev, prokurorluq əməkdaşları Fuad Musayev və Eyvaz Mustafayev eləcə də, dövlət qulluqçusu Validə Əliyeva göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə prokurorluq orqanlarına göstərdiyi yüksək etimada, diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, dövlət başçısının müəyyən etdiyi strateji xəttə uyğun olaraq prokurorluq əməkdaşlarının bundan sonra da qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və qarşıda duran digər vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində fəaliyyətlərini əzmlə davam etdirəcəklərinə əminliyini bildirib.

BƏNZƏR XƏBƏRLƏR

Mərkəzi Bankın yeni faiz qərarı daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək – AÇIQLAMA
İqtisadiyyat

Mərkəzi Bankın yeni faiz qərarı daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək – AÇIQLAMA

2026/09/28 12:33
1
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib
Cəmiyyət

Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib

2026/09/28 11:35
0
Baş Dövlət Yol Polisi İdarəsindən yük avtomobillərinin sürücülərinə çağırış
Cəmiyyət

Baş Dövlət Yol Polisi İdarəsindən yük avtomobillərinin sürücülərinə çağırış

2026/09/28 10:41
0
Anım Günündə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmişdir -DSX
Cəmiyyət

Anım Günündə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmişdir -DSX

2026/09/27 14:17
19
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Cəmiyyət

“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib

2026/09/27 14:04
1
Anım Günündə Hacıqabulda ağacəkmə aksiyası keçirilib
Cəmiyyət

Anım Günündə Hacıqabulda ağacəkmə aksiyası keçirilib

2026/09/27 13:59
73

Stay Connected test

  • 24k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

Sentyabr 17, 2025
Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya  etiketi vurulub

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya etiketi vurulub

Oktyabr 9, 2025
Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Sentyabr 2, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Sentyabr 28, 2026
Mərkəzi Bankın yeni faiz qərarı daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək – AÇIQLAMA

Mərkəzi Bankın yeni faiz qərarı daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək – AÇIQLAMA

Sentyabr 28, 2026
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib

Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib

Sentyabr 28, 2026
“Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər

“Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər

Sentyabr 28, 2026

Recent News

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In