Bazar ertəsi, İyul 14, 2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Analitika

Üçtərəfli Bəyanat rəsmi İrəvanın təhdid yaradan işğalçı siyasətinə son qoydu

10 Noyabr, 24 / 13:14
Analitika, Siyasət
A A

Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına əbədi həkk olunan 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi cəmi 44 gün sonra tarixi Qələbə ilə başa çatdı. 30 ilə yaxın həsrətdən sonra Qarabağın baş tacı sayılan Şuşa düşmən tapdağından azad edildiyi 8 Noyabr tarixi Zəfər Günü kimi yaddaşlara qızıl hərflərlə yazıldı. Nəhayət 10 noyabr 2020-ci il tarixdə imzalanmış Üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Üçtərəfli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası olmaqla bərabər, uzun illər davam edən işğala son qoydu.Bəyanatın imzalanması münaqişənin hərbi mərhələsinin başa çatması ilə nəticələndi və Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi.
10 noyabr Bəyanatına əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. Azərbaycanın tarixi missiyası regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılmasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Üçtərəfli Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. Aparılan 30 illik danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa vadar etdi və ərazi bütövlüyümüzü bərpa etdi.
Bütün dünya 44 günlük Vətən müharibəsi zamanı xalqımızın birliyini gördü. Bir daha şahidi oldular ki, həmrəylik Azərbaycan xalqının böyük sərvəti və dəyəridir. Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Təbii ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. 44 gün ərzində Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir. Biz birlikdə güclüyük!
Vətən müharibəsi ərzində Türkiyənin açıq dəstəyi bir çoxlarının müdaxilə cəhdlərini alt-üst etməyi bacardı. Qardaş ölkə Türkiyədən gələn bütün dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə bir az da ruhlandırdı. 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki qardaş ölkə arasında əlaqələri ən yüksək zirvəyə çatdırdı.
İkinci Qarabağ müharibəsinin başa çatmasından 3 il sonra – 2023-cü il sentyabrın 19-da cəmi bir gün davam edən Lokal Antiterror tədbirləri nəticəsində Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin qaldığı digər ərazilərimiz də tam şəkildə Şanlı Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
15 oktyabr tarixində Axərbaycan xalqının növbəti sevincli və fəxredici gününü yaşadı. Həmin gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı. Artıq Qarabağ tam azaddır. Bu gün Qarabağda genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Qəbul edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması işləri uğurla həyata keçirilir. İşğaldan azad edilmiş rayonlarda böyük ərazilərdə minlərlə partlamamış hərbi sursat zərərsizləşdirilib və bu işlər davam edir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

BƏNZƏR XƏBƏRLƏR

“Dünyadakı müharibə kampaniyasına daha çox ölkə qoşulacaq”- Səxavət Məmməd
Analitika

“İrandakı rejimə fars rejimi deyirik, ancaq iranlılar özləri də bildirir ki, rejimi ayaqda saxlayan elə azərbaycanlılardır”- Səxavət Məmməd

2025/06/25 14:02
43
“Müttəfiqlərin İranda etdikləri taktiki qələbədir,strateji qələbə deyil”- Tofiq Şahmuradov
Analitika

“Müttəfiqlərin İranda etdikləri taktiki qələbədir,strateji qələbə deyil”- Tofiq Şahmuradov

2025/06/24 12:47
52
“Milli dövlətçiliyin təməli”- Fərid Mustafayev
Siyasət

“Milli dövlətçiliyin təməli”- Fərid Mustafayev

2025/06/17 9:43
8
Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – Ulu Öndər Heydər Əliyev
Siyasət

Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – Ulu Öndər Heydər Əliyev

2025/06/15 18:37
60
Sarsılmaz dostluğun sənədi: Şuşa Bəyannaməsi
Siyasət

Sarsılmaz dostluğun sənədi: Şuşa Bəyannaməsi

2025/06/13 16:47
68
“Dünyadakı müharibə kampaniyasına daha çox ölkə qoşulacaq”- Səxavət Məmməd
Analitika

“Dünyadakı müharibə kampaniyasına daha çox ölkə qoşulacaq”- Səxavət Məmməd

2025/06/13 11:16
25

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

Dekabr 23, 2024
Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Oktyabr 4, 2024
Lənkaranlılar  Vətən üçün ölməyi seçdi tarixi hadisəsi niyə  talışlarda saat 12-dən sonra ifadəsinə çevrildi?

Lənkaranlılar Vətən üçün ölməyi seçdi tarixi hadisəsi niyə talışlarda saat 12-dən sonra ifadəsinə çevrildi?

Yanvar 17, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“Xankəndidəki İƏT Zirvəsi Azərbaycanın diplomatik uğurudur”- Vüqar Oruc

“Xankəndidəki İƏT Zirvəsi Azərbaycanın diplomatik uğurudur”- Vüqar Oruc

İyul 5, 2025
Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

İyul 4, 2025
İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü

İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü

İyul 4, 2025
“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb

“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb

İyul 4, 2025

Recent News

“Xankəndidəki İƏT Zirvəsi Azərbaycanın diplomatik uğurudur”- Vüqar Oruc

“Xankəndidəki İƏT Zirvəsi Azərbaycanın diplomatik uğurudur”- Vüqar Oruc

İyul 5, 2025
1
Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

İyul 4, 2025
0
İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü

İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü

İyul 4, 2025
0
“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb

“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb

İyul 4, 2025
4
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In