Cümə, May 15, 2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Analitika

“İrandakı rejimə fars rejimi deyirik, ancaq iranlılar özləri də bildirir ki, rejimi ayaqda saxlayan elə azərbaycanlılardır”- Səxavət Məmməd

25 İyun, 25 / 14:02
Analitika, Manşet
A A

İran-İsrail toqquşması İranın Körfəz ölkələrindəki ABŞ bazalarına raket zərbələri endirməsi ilə yekunlaşmaq üzrədir. Ən azı ABŞ bunun olacağını bildirdi, İsrail tərəfi də razılığını ifadə etdi.

Hər iki tərəf bu toqquşmada qalib gələcəyini iddia edəcək, ABŞ də Trampın timsalında “nüvə obyektləri tamamilə məhv oldu” deyəcək. Bunlar aydın məsələdir. Prosesə tərəflərin nə deməyindən asılı olmayaraq açıq gözlə baxaq: İsrailin ilk hücumu təkcə döyüş təyyarələri, raketlər və dronlarla olmadı. İsrail tərəfi eyni vaxtda İran daxilində də əməliyyatlar həyata keçirdi. Hücumda iştirak edən 200 döyüş təyyarəsi və dronlar İranın hava hücumundan müdafiə sistemlərini və radarlarını sıradan çıxarmaq və İsrail üçün hədəf olan hərbi obyektləri zərərsizləşdirmək üçün idi. İsrail paralel olaraq İran daxilində generalların, nüvə alimlərinin də ovuna çıxmışdı. Bir ölkə hansısa bir ölkənin ərazisinə hücum edir və həmin ölkənin generalı yataqda olur? Bu, inandırıcı deyil. Məntiq onu deyir ki, evlərə dronlarla hücum aviasiyanın hücumundan əvvəl baş verib.

Heç kimə sirr deyil ki, kütləvilik hava hücumundan müdafiə sistemlərinin bir nömrəli düşmənidir. Ona görə də İsrail tərəfi kütləvi raket zərbələri ilə İranın qərb hissəsindəki hava hücumundan müdafiə “setka”sını yardı. İran hələ də o yarılmış “setka”nı bərpa edə bilmir. “İranın bütün hava hücumundan müdafiə sistemləri sıradan çıxıb” demək yanlışlıqdır. İsrail bir istiqaməti yarıb və oradan ölkənin daxilinə girərək zərbələr endirə bilir. Son günlər isə İran hava hücumundan müdafiə sistemləri işləməyə başlayıb. Bu iki cür mümkündür: ya digər istiqamətlərdən gətirilib; ya da hansısa ölkədən tədarük edə biliblər. Çünki İran zenit-raket kompleksi ilə ardıcıl bir neçə “Hermes 900” dronunu vura bilib.

İranın da ilk üç gün hücumu bu səpkidə idi – kütləvi dron və taktiki raket kompleksləri ilə İsrail hava hücumundan müdafiə sistemlərini tükətmək. İran ilk günlər əsas ballistik və hipersonik raketlərdən istifadə etmədi, çünki o raketlər yem ola bilərdi. Artıq toqquşmasının üçüncü günündən sonra İran kütləvi yox, konkret hədəflərə bəlli sayda raketlərlə hücum edirdi.

Toqquşmanı başladan İsrailin hədəfləri məlum idi – nüvə proqramını dayandırmaq, rejimi dəyişmək. Nüvə proqramı dayanmadı, rejim nəinki dəyişdi, hətta bundan sonra daha da güclənə bilər. Ola bilsin, bəziləri deyəcək ki, İsrailin rejimi dəyişmək kimi niyyət olmayıb, amma, əksinə, birinci hədəf nüvə yox, elə rejim idi. Çünki İsrail Baş naziri İran əhalisini ayağa qalxmağa səslədi, üsyana çağırdı. İsrailin ən uğurlu siyasəti ABŞ-də qarşı çıxanlar olsa da, rəsmi Vaşinqtonu bu prosesə cəlb etmək oldu. ABŞ də İranın nüvə obyektlərini bombaladı. Məsələ ondadır ki, ABŞ mətbuatı bu bombalamanın nəticəsiz olduğunu yazır. Tramp hətta bütün medianı yalan yazmaqda ittiham etdi.

İranın da siyasi uğur əldə etdiyini deyə bilərik. İran öncə nüvə proqramı ilə bağlı prosesə Avropa ölkələrini qatdı. Ardınca isə Rusiyaya gedib Putinlə görüş həyata keçirdi. Daha sonra isə İran parlamenti Hörmüz boğazının bağlanılması qərarını çıxardı və İran bu qərarı əlində əsas gətirərək, oyun qurdu.

İran cavab haqqından istifadə edərək ABŞ-nin Körfəzdəki hərbi bazalarına raket zərbələri endirdi. Bir çoxları İranı qınayır ki, İran xəbərdarlıq edərək bunu edib. Hətta bunu qorxaqlıq kimi qələmə verənlər var. Daha sonra Tramp İrana xəbərdarlıq etdiyi üçün təşəkkür etdi və məlum oldu ki, ABŞ də İrana xəbərdarlıq edərək zərbə endirib.

Bu məsələdə önəmli olan xəbərdarlıq edilib-edilməməsi deyil. 12 gündür davam edən toqquşmada çıxarılan dərslərdən biri də İranın bütün dünyada “qırmızı xətt” kimi qələmə verilən hər şeyi vurub keçməsi oldu. İran ABŞ və İsrailin “qırmızı xət”lərini cəmləyib bir yerə lent edib Körfəzin boğazına bağlayıb, kəsdi. Bəzən hücumun nəticəsi yox, özü önəmli olur. Artıq bir çox ölkələr anladı ki, bu iki ölkəyə qarşı müqavimət göstərmək olar. ABŞ və İsrail zamanında Türkiyəyə qarşı da aşağılayıcı davranmışdı. Təkcə Türkiyəyə qarşı da yox, bir çox ölkələrə qarşı… Düşünürəm ki, İranın Körfəzdə atdığı addımlar münasibətlər sisteminə yeniliklər gətirəcək.

İran, ilk növbədə, göstərdi ki, onu ciddiyə almaq lazımdır. Biz, əslində, İranı və cənubi azərbaycanlıları daha yaxşı tanımalı idik. Nədənsə, bu məsələdə özümüzü qərbli kimi apardıq. Təbii ki, burada propaqanda da önəmli rol oynadı. İranlı generallar öldürüləndə bir çoxları iddia etdi ki, İran çökəcək, dağılacaq. Misal üçün 2020-ci ilin iyul ayının 14-ə qədər Azərbaycanda insanların çoxu Qarabağdan əlini üzmüşdü. General-mayor Polad Həşimov şəhid olandan sonra əlin üzmüş adamlar belə müharibə tələb edirdi. Cənublular da eynən. İrandakı rejimə fars rejimi deyirik, ancaq iranlılar özləri də bildirir ki, rejimi ayaqda saxlayan elə azərbaycanlılardır və ən mühafizəkar bölgə azərbaycanlıların yaşadığı bölgədir. Farslar özləri də etiraf edir ki, İran-İraq savaşında məğlub olmamalarının səbəbkarı təbrizlilər və ərdəbillilər olub.

Hesab edirəm ki, İran daxilində ciddi casus ovuna başlanılacaq. Çünki İrana ən ağır zərbə havadan daha çox daxildən gəldi. İran hüquq-mühafizə orqanları qadınların çarşabını güdməkdən daha çox digər məsələlərə fokuslansaydılar, nəticə belə olmazdı. Bu tip toqquşmalar şərqdə xalqla dövləti yaxınlaşdırır. Buna onlarca misal çəkmək olar.

Hindistan-Pakistan, İran-İsrail, əslində, Çin-ABŞ savaşıdır. Hindistan-Pakistan toqquşmasında Çinin texniki dəstəyi ilə Pakistan üstün ayrıldı. İran-İsrail savaşında ABŞ-nin birbaşa müdaxiləsi ilə də hesab bərabərə bitdi. Növbədə Tayvanın və Koreya yarımadasının olma ehtimalı böyükdür.

Səxavət Məmməd

BƏNZƏR XƏBƏRLƏR

Sumqayıt Dövlət Universitetində “Vətən Fədailəri” layihəsinin rəhbəri, yazıçı-publisist Manya Səxavətqızı ilə görüş keçirilib(FOTOLAR)
Cəmiyyət

Sumqayıt Dövlət Universitetində “Vətən Fədailəri” layihəsinin rəhbəri, yazıçı-publisist Manya Səxavətqızı ilə görüş keçirilib(FOTOLAR)

2026/04/03 10:31
25
Nazir Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
Cəmiyyət

Nazir Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

2026/04/02 16:41
22
Rövşən Tağıyev: “Təhlükəsizlik kəməri sürücünün həyatını xilas etdi”
Cəmiyyət

Rövşən Tağıyev: “Təhlükəsizlik kəməri sürücünün həyatını xilas etdi”

2026/04/02 14:57
39
Emin Tarverdiyev: Anamı qucaqlaya bilmədiyim əllərimlə vətən torpağına toxundum
Cəmiyyət

Emin Tarverdiyev: Anamı qucaqlaya bilmədiyim əllərimlə vətən torpağına toxundum

2026/04/02 11:43
33
“Kəççi qızı ” bəli, bu mənəm- Arzu Əyyarqızı
Cəmiyyət

“Kəççi qızı ” bəli, bu mənəm- Arzu Əyyarqızı

2026/04/02 11:27
130
Ordumuzun zəfər əzmini nümayiş etdirən Aprel döyüşləri
Hərbi

Ordumuzun zəfər əzmini nümayiş etdirən Aprel döyüşləri

2026/04/02 11:20
20

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

Sentyabr 17, 2025
Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya  etiketi vurulub

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya etiketi vurulub

Oktyabr 9, 2025
Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Sentyabr 2, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

Polis Bakıda çalışdığı evdən 50 min manat dəyərində oğurluq edən şəxsi saxladı

Avtomobildən oğurluq edən şəxs saxlanılıb

Aprel 18, 2026
Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”

Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”

Aprel 18, 2026
Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

Aprel 18, 2026
BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

Aprel 18, 2026

Recent News

Polis Bakıda çalışdığı evdən 50 min manat dəyərində oğurluq edən şəxsi saxladı

Avtomobildən oğurluq edən şəxs saxlanılıb

Aprel 18, 2026
3
Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”

Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”

Aprel 18, 2026
39
Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

Aprel 18, 2026
1
BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

Aprel 18, 2026
3
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In