Yasamal rayonu ərazisindəki yaşayış binalarının liftlərindən ayrı-ayrı vaxtlarda oğurluqlar edilməsi barədə polisə məlumatlar daxil olub. Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Z.Nəsirov müəyyən edilərək saxlanılıb.
Binəqədi rayonunda isə bir nəfərə məxsus *7000* manat dəyərində moped oğurlamaqda şübhəli bilinən iki nəfər yeniyetmə də polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.

















