Gürcüstanın Batumi şəhərində yeniyetmə stolüstü tennisçilərin “WTT Youth Contender” turniri davam edir.
Seçmə komandamızın üzvləri yarışın ilk günlərində iki medal qazanıblar. Mehin Mirzəbalayeva ilə Vaqif Babayev U 13 kateqoriyasında üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, beynəlxalq yarışa sentyabrın 21-də yekun vurulacaq.



















