Çərşənbə, Yanvar 28, 2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Sosial

“Sağa ver, saxla!” Axı niyə?… DYP-nin stasionar postlarında nə baş verir?

25 Avqust, 24 / 15:04
Sosial
A A

“1 həftə əvvəl rayona gedəndə polislər məni postda saxladılar. Dedilər ki, 100 və 50 manatlıq cəriməm var. Guya 1 saat öncə qayda pozuntusu etmişdim. Dedim ki, “qardaş, məni niyə buna görə saxlamısınız?” Cəriməm varsa, “sms radar” tətbiqindən göndərin, ödəyim. 1 həftədir gəlmişəm, hələ heç bir cərimə gəlməyib. Bilirdim ki, heç bir qayda pozuntusu etməmişəm. Etsəm belə, onsuz da dərhal tətbiqdən bildiriş gəlir və onlayn formada ödəyirəm. Buna görə niyə saxlanılıram? Maşının nömrəsində çip var, radar var, kamera çipi oxuyur, maşının yiyəsi haqda, texniki baxışdan keçib-keçməməsi, sığortasının olub-olmaması, sürət hesablaması və qayda pozuntusu haqda bildirişləri təyin edir. Bu halla rastlaşmağım ilk dəfə deyil. Dəfələrlə mənim və tanışlarımın başına gəlib ki, yüksək məbləğdə cərimə olduğu bildirilib, silinməsi üçün də aşağı məbləğ təklif edilib. İndiki dövrdə bu məsələlərin hələ də gündəmdə olması çox məyusedicidir. Və stasionar postların fəaliyyətinin nədən ibarət olduğunu anlamıram”.

Dövlət yol polisinin stasionar postlarında dəfələrlə neqativ hallarla üzləşən Bakı sakini Qasım Məmmədli danışarkən deyib ki, digər ölkələrdəki kimi, Azərbaycanda da stasionar postlar ləğv edilsə, yaxşı olar.

Bir çox ölkələrdə fəaliyyətinə son qoyulan, Azərbaycanda isə sovet dövründən bəri varlığını qoruyan stasionar yol polisi postları ilə bağlı zaman-zaman müxtəlif fikirlər səsləndirilir. Bəziləri deyir ki, müasir dövrdə texnologiyanın inkişaf etdiyi vaxtda bu postların əhəmiyyəti qalmayıb. Hər hansı qayda pozuntusu zamanı radar, kamera bunu müəyyən edir və həmin sürücü yerindəcə cərimələnir, mobil telefonuna da bununla bağlı bildiriş göndərilir. Sürücü də bunu onlayn formada rahatlıqla ödəyir. Bəziləri isə deyir ki, həmin postların mövcudluğu əmin-amanlıq, təhlükəsizlik və nəzarət baxımından əhəmiyyətlidir. Halbuki onsuz da yollarda polis maşınlarını görmək adi hal alıb. Zəruri hal yarananda həmin polislər dərhal sürücünü saxlayıb, lazımi xəbərdarlığı edir.

Yeri gəlmişkən, bəzi Avropa ölkələrində nəinki stasionar postlar, hətta dövlətlərarası sərhəd-keçid məntəqələri belə ləğv edilib. Şengen ölkələrində sürücülər bir ölkədən digərinə keçəndə nə bir post, nə də bir polis-sərhədçi gözə dəymir. Həmin ölkələrdə nəzarəti elə ustalıqla həyata keçirirlər ki, vətəndaş onu görmür. Amma bir hadisə olsa, dərhal polislər hadisə yerində olurlar.

Belə bir məqamda sözügedən stasionar postların fəaliyyətinin nədən ibarət olduğu maraq doğurur. Görəsən, bu postların əhəmiyyəti nədir? Fəaliyyəti nədən ibarətdir? Və həmin postlarda neqativ hallarla rastlaşan vətəndaşlar nə etməlidir?
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev açıqlamasında bildirib ki, stasionar yol-patrul xidməti (YPX) postu yol polisi naryadlarının xidmət apardığı əməliyyat-texniki və xüsusi vasitələr, mühəndis və digər qurğularla təchiz olunan xüsusi xidməti obyektdir: “Stasionar postlar əsasən, respublika əhəmiyyətli avtomobil yollarında, paytaxtın giriş və çıxışlarında təşkil olunur. Stasionar yol-patrul xidməti postlarında xidmət aparan YPX inspektorları yol hərəkətinə nəzarət, inzibati xətaların qarşısının alınması və profilaktikasını həyata keçirir. Təhqiqat, istintaq və məhkəmə orqanlarından gizlənən, yol-nəqliyyat hadisəsi yerindən və cəzadan yayınan şəxslərin, habelə qeyri-qanuni silah, döyüş sursatı, partlayıcı maddələr, narkotiklər və narkotik tərkibli maddələri daşıyan, eləcə də digər cinayətlərin törədilməsində şübhəli bilinən şəxslərin aşkarlanması, axtarışı və saxlanması funksiyasını yerinə yetirir”.

Müsahibimiz bildirib ki, stasionar postlar dayandırılmış nəqliyyat vasitələrinin sürücülərindən yolların vəziyyəti, yol şəraiti, gecə vaxtı yolun hərəkət hissəsində saxlanmış nəqliyyat vasitələri ilə bağlı məlumatlar alır, şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradan təbii fəlakətlər və hava şəraitinin pisləşməsi zamanı, habelə gecə vaxtı dayanmaq üçün nəqliyyat vasitələrinin sürücülərinə və əməliyyat-profilaktik tədbirlərin keçirilməsi zamanı daxili işlər orqanlarının əməkdaşlarına yardım göstərir: “Bundan başqa, hazırda stasionar postların hamısında sürücülərin və sərnişinlərin qısamüddətli istirahət etməsi üçün şərait yaradılıb, sürücülər yorğunluq və yuxusuzluq hiss etdikdə həmin postlarda avtomobilini saxlayıb, qısamüddətli istirahət edə bilər”.

M. Ağayev bildirib ki, qeyd olunan neqativ hallar qanuna ziddir. Və bu cür hallarla rastlaşan vətəndaşlar Daxili İşlər Nazirliyinə ya ənənəvi formada, ya da sosial media hesablarından müraciət edib, şikayəti bildirə bilərlər.
Milli.az

BƏNZƏR XƏBƏRLƏR

İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
Sosial

İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir

2026/01/21 20:11
8
Paytaxta giriş vizası – “Xoş gəldin, cibində pul varsa.”
Sosial

Paytaxta giriş vizası – “Xoş gəldin, cibində pul varsa.”

2025/09/21 22:17
40
Polis sahilboyu ərazilərdə profilaktik tədbirləri davam etdirir
Sosial

Polis sahilboyu ərazilərdə profilaktik tədbirləri davam etdirir

2025/07/30 13:46
0
Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir
Sosial

Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir

2025/07/27 15:05
0
“YAŞAT” düşərgəsinin 6-cı həftəsi reallaşdırılıb
Sosial

“YAŞAT” düşərgəsinin 6-cı həftəsi reallaşdırılıb

2025/07/25 12:47
14
Sakinlərin Şikayəti: “Room” Gecə Klubunun Səbail Rayonundakı Rahatlığı Pozan Fəaliyyəti
Sosial

Sakinlərin Şikayəti: “Room” Gecə Klubunun Səbail Rayonundakı Rahatlığı Pozan Fəaliyyəti

2025/07/24 16:07
28

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

Sentyabr 17, 2025
Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya  etiketi vurulub

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya etiketi vurulub

Oktyabr 9, 2025
“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

Dekabr 23, 2024
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir

İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir

Yanvar 21, 2026
Samirə Hüseynova -“Qlobal reallıqlar, regional həllər”

Samirə Hüseynova -“Qlobal reallıqlar, regional həllər”

Yanvar 21, 2026
Ağcabədi rayonunda 10 kiloqram narkotik vasitə aşkarlanıb

Ağcabədi rayonunda 10 kiloqram narkotik vasitə aşkarlanıb

Yanvar 21, 2026
Yasamalda əməliyyat: 20 kq marixuana aşkarlandı

Yasamalda əməliyyat: 20 kq marixuana aşkarlandı

Yanvar 21, 2026

Recent News

29
Ağcabədi rayonunda 10 kiloqram narkotik vasitə aşkarlanıb

Ağcabədi rayonunda 10 kiloqram narkotik vasitə aşkarlanıb

Yanvar 21, 2026
3
Yasamalda əməliyyat: 20 kq marixuana aşkarlandı

Yasamalda əməliyyat: 20 kq marixuana aşkarlandı

Yanvar 21, 2026
0
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In