Bazar ertəsi, İyun 29, 2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Sosial

Paytaxta giriş vizası – “Xoş gəldin, cibində pul varsa.”

21 Sentyabr, 25 / 22:17
Sosial
A A

Avtomobil sürücülərinə yeni vergilərin tətbiq edilməsi, şəhərin mərkəzinə girişlərin pullu olması ilə bağlı hazırlanan qanun, “yol hərəkəti qaydaları”ndan çox, cəmiyyətin sosial qaydalarını alt-üst edəcək.

İlk baxışda deyəcəklər: “Şəhər rahatlanacaq, tıxac azalacaq, ekoloji mühit yaxşılaşacaq.” Amma, əslində, bu qərar “maşını olan düşünsün” deyə başlayan, amma sonunda hamını vuran bir zəncirvari reaksiyaya səbəb olacaq. Taksi xidmətinin qiyməti artacaq, ictimai nəqliyyatda daşımaların qiyməti qalxacaq. Axırda isə üzümüzə baxıb deyəcəklər: “Rahat şərait yaratdıq, siz də cibinizdən çıxarın.”

Əslində bu, sadəcə yol məsələsi deyil. Bu, Vətəni əlçatmaz etməkdir. Riyaziyyat kitablarında deyil, reallığın içində yeni düstur yazılır: varlılar üçün mərkəz, kasıblar üçün kənar. Rio de Janeyro filmlərində gördüyümüz təbəqə bölgüsü indi Bakının mərkəzinə daşınır. Kim mərkəzə girmək istəyirsə, əvvəlcə pul ödəməlidir. Yoxdursa, “məhəlləndə otur.”

Paytaxta giriş vizası – “Xoş gəldin, cibində pul varsa.”

İndi, görünür, Bakının mərkəzinə getmək üçün artıq “vizaya” ehtiyac olacaq. Ölkə daxilində ölkə yaradılıb – mərkəz respublikası. Bu respublikaya giriş üçün şərt sadədir – cibində pul olsun. Pasport lazım deyil, amma kartın dolu olsun.

Əvvəllər deyirdilər: “Şəhərin mərkəzi xalqındır.” İndi isə deyəcəklər: “Şəhərin mərkəzi – ödəniş edənindir.” Yəni paytaxtın göydələnləri, parlaq işıqları, kafenin qoxusu yalnız cibindəki manatların sayına bağlı olacaq.
Taksilər? Onların qiyməti göyə qalxacaq. Avtobuslar? Onlar da “bilet” adı ilə cibimizə girəcək.
Sanki havanı belə ölçüb-biçib satmaq istəyirlər: “Təmiz hava istəyirsən? Buyur, pulunu ödə, nəfəs al.”

Ən gülməlisi: “Bunu “sizin rahatlığınız üçün edirik” deyəcəklər. Bəli, rahatlığımız üçün. Biz cibimizdən çıxarıb ödəyəcəyik, onlar isə yan kresloda oturub öz rahatlıqlarının dadını çıxaracaqlar.

Dünya təcrübəsi və bizim gerçəklik

Bəli, dünyada bu “mərkəzə giriş vergisi” var – London, Stokholm, Milan. Amma orada ictimai nəqliyyat keyfiyyətli, əlçatan, sürətli və rahatdır. Bizdə isə avtobusun qapısı bağlanmır, metroda nəfəs almaq olmur, kənd marşrutları isə qırx illik “tufli”ni sürüyür.

İndi təsəvvür edin: həmin nəqliyyata minmək üçün qiymət artırılacaq, üstəlik maşını olan da mərkəzə girmək üçün pul ödəyəcək. Yəni “ya min, ya minmə, hər halında ödə” düsturu işləyəcək.

Bu qərar sadəcə cibimizi boşaltmır, həm də insanları təbəqələrə ayırır. Bir tərəfdə bahalı “jeep”ləri ilə rahatlıqla mərkəzə girənlər, o biri tərəfdə isə avtobus dayanacağında “bəlkə bu dəfə avtobus dolu olmaz” ümidi ilə gözləyənlər.

Ən maraqlısı isə rəsmi izahlar olacaq. Görəcəksiniz, televiziyada çıxıb deyəcəklər: “Bu qərar vətəndaşın rifahı üçündür.”
Bəli, rifahımız üçün – cibimizi daha tez boşaltmaq rifahı.

Günün sonunda ortaya çox sadə bir həqiqət çıxır: Vətən yalnız torpaqla ölçülmür, Vətən həm də insanın sərbəst gəzə bildiyi küçə, rahatlıqla gedə bildiyi şəhər, biletini ödəyə bildiyi avtobusdur. Əgər bir gün Bakının mərkəzinə getmək “lüks” hesab olunacaqsa, deməli, biz artıq öz Vətənimizin içində qaçqına çevrilmişik.

Vətəni belə bölmək olmaz.
Vüsal Başaratvi

BƏNZƏR XƏBƏRLƏR

Göyçayda avtoxuliqanlıq edən sürücü həbs olunub
Sosial

Göyçayda avtoxuliqanlıq edən sürücü həbs olunub

2026/04/03 9:35
5
“Unudulmayan izlər, unudulmaz tarix”- Samirə Hüseynova
Manşet

“Unudulmayan izlər, unudulmaz tarix”- Samirə Hüseynova

2026/03/31 17:34
61
“AzerGold” QSC Ramazan və Novruz bayramları münasibətilə sosial aksiya həyata keçirib
Sosial

“AzerGold” QSC Ramazan və Novruz bayramları münasibətilə sosial aksiya həyata keçirib

2026/03/21 17:11
7
İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
Sosial

İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir

2026/01/21 20:11
13
Polis sahilboyu ərazilərdə profilaktik tədbirləri davam etdirir
Sosial

Polis sahilboyu ərazilərdə profilaktik tədbirləri davam etdirir

2025/07/30 13:46
1
Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir
Sosial

Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir

2025/07/27 15:05
0
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In