Çərşənbə, İyul 30, 2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Analitika

“Rusiya Ukrayna müharibəsini qısa zamanda bitirmək bir nəfərin gücü xaricindədir”- Səxavət Məmməd

01 Aprel, 25 / 22:51
Analitika
A A

Dünyanın yenidən dizayn olunmağı heç kimə sirr deyil. Böyük dövlətlər artıq açıq oynayır. Bəzi ölkələr təsir dairəsini genişləndirmək, bəziləri tarixi torpaqlarını bərpa etmək, bəziləri isə varlığını qorumaq üçün mübarizə aparır.

ABŞ-də Donald Tramp hələ hakimiyyətə gəlməmişdən öncə bildirirdi ki, o, hakimiyyətə gələcəyi təqdirdə qısa zaman ərzində Rusiya-Ukrayna müharibəsini, Yaxın Şərqdə baş verən toqquşmaları yekunlaşdıracaq, ümumiyyətlə, müharibələri bitirəcək. Elə o zaman da yazırdım ki, Rusiya Ukrayna müharibəsini qısa zamanda bitirmək bir nəfərin gücü xaricindədir. Hətta o ABŞ prezidenti olsa belə… Son zamanların proqnozlarına diqqət ediriksə, Rusiya-Ukrayna müharibəsinin bu ilin sonuna qədər bitmə ehtimalları səsləndirilir. Rusiya bu hədlərdə müharibənin bitməsində maraqlı deyil. Rusiyanın bu hədlərdə müharibəni bitirmək istəyəcəyini gözləmək ağılsızlıq olardı. Çünki Rusiya taktiki baxımdan belə hədəflərinə çatmış sayılmır. O zaman Rusiya bu hədlərdə müharibənin bitməsini istəyər ki, Ukrayna kapitulyasiyaya getsin. Ona görə də ruslar şərtlərini daha da sərtləşdirir.

Rusiya-Ukrayna müharibəsi göstərdi ki, NATO hərbi təşkilat kimi üfürülmüş şardan başqa bir şey deyilmiş, eynilə, Rusiya ordusu kimi… NATO-nun genişlənməsi böyük uğur kimi təqdim edilsə də, illər sonra bu genişlənmənin, əslində, NATO-nun zərərinə olduğu ortaya çıxacaq. Çünki ərazi genişlənsə də, dövlətlərin sayı artsa da, bu genişlənmənin gücə güc qatdığı anlamına gəlmir. NATO-dan ABŞ və Türkiyəni çıxsaq, ortada qalan gücün özünü müdafiə etmək qabiliyyətində olub-olmaması da sual yaradır. Avropa ölkələri fərqindədir ki, NATO çətirinin altına sığınmaqla böyük yanlışlıq ediblər. Ona görə də hazırda Avropa ölkələri NATO-dan kənar öz müdafiə qabiliyyətlərini artırmaq üçün addımlar atırlar. Hərbi büdcələrin artırılması, hərbi xidmətə cəlb etmənin hətta məcburi hala gətirilməsi yönündə işlər görürlər. İddialar var ki, yaxın illərdə Avropa Rusiya toqquşması baş tuta bilər. Ümumiyyətlə, Rusiya Ukraynada müharibə aparmaqla paralel ordunun döyüş qabiliyyətini artırmaq üçün addımlar atır. Hətta bu hazırlığın Ukrayna üçün olmadığını deyənlər də var.

Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəsin pozulması da dünyada baş verənlərin tərkib hissəsidir.

Dəfələrlə yazmışam ki, dünyada bu qədər münaqişə ocağı qaynar olduğu halda Cənubi Qafqazda sülhün olacağı inandırıcı deyil. Prosesə bir qədər dərindən baxsaq, baş verənlərin Azərbaycan, Ermənistan, hətta Gürcüstanla bağlı olmadığını da deyə bilərik. Cənubi Qafqaz ölkələrinin hərəsindən bir səs çıxır. Ermənistan Avropa İttifaqı yolunu tutmaq üçün addımlar atır, ABŞ ilə hərbi təlimlər keçirir, Gürcüstanda seçkilərdən sonra nisbətən durğunluq yaşanır, Azərbaycan isə pulunun çoxluğuna görə manevrlər həyata keçirir. Nəzərə alsaq ki, dünyada bu coğrafiyadakı ölkələrə dövlət-dövlət yox, bir region kimi baxırlar, onda mübarizənin region uğrunda getdiyini də deməliyik.

Hansısa yad ölkənin bu regiona qoşun yeridəcəyini də düşünmürəm. Bu regionu təsir dairəsinə almaq istəyən güc yumşaq gücdən və Azərbaycanla Ermənistanın toqquşmasını təmin etməklə istəyinə nail olmağa çalışacaq. Qərb, ABŞ Ermənistanın varlığını qoruması üçün dəstək verir. Rusiya xətti isə Ermənistanın ağır cəzalandırılmasında maraqlı görünür. Aylar öncədən də yazırdım ki, martın sonu və aprel ayında Ermənistan-Azərbaycan arasında gərginliyin artacağı gözləniləndir. Hazırda Ermənistan tərəfi hər nə qədər sülhdən danışsa da, hətta Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün yer və vaxt istədiyini açıq şəkildə bəyan etsə də, eyni vaxtda silahlanma və şərti sərhəddəki mövqelərin möhkəmləndirilməsi yönündə addımlar atır. Azərbaycan tərəfi də prosesi tam nəzarətində saxlayır. Ehtimal olunacaq bütün təxribatların qarşısını almaq üçün şərti sərhəddəki mövqelərini möhkəmləndirir.

Son zamanlar Ermənistan ordusunun yüksək rütbəli zabitlərinin, “Yerkrapah” komandirinin şərti sərhədə gəlməsi prosesin dərinləşməyi və ərazi kəşfi kimi qiymətləndirilə bilər. Bundan əlavə, dronların qaldırılması da hazırıq mərhələsi anlamına gələ bilər. Baş verən bütün proseslər toqquşmanın olma ehtimalını gücləndirir. Ermənistan tərəfi təxribatlar törədəcəyi təqdirdə Azərbaycan tərəfi müəyyən istiqamətlər üzrə əməliyyat həyata keçirə bilər. Bu, işğal yox, sülhə məcburetmə, yaxud kapitulyasiyaya gətirmə də ola bilər. Bu, həm də regionda uzun müddətli müharibənin olmasına icazənin veriləcəyi o qədər inandırıcı görünmür. Ancaq qısamüddətli toqquşma ehtimalı mümkün variant kimi daim gözləmədə qalacaq.

Səxavət Məmməd

BƏNZƏR XƏBƏRLƏR

“Dünyadakı müharibə kampaniyasına daha çox ölkə qoşulacaq”- Səxavət Məmməd
Analitika

“Ermənistanla bağlı Rusiyanın radikal addımlar atma ehtimalı hər keçən gün artır”- Səxavət Məmməd

2025/07/25 17:19
3
“Dünyadakı müharibə kampaniyasına daha çox ölkə qoşulacaq”- Səxavət Məmməd
Analitika

“İrandakı rejimə fars rejimi deyirik, ancaq iranlılar özləri də bildirir ki, rejimi ayaqda saxlayan elə azərbaycanlılardır”- Səxavət Məmməd

2025/06/25 14:02
43
“Müttəfiqlərin İranda etdikləri taktiki qələbədir,strateji qələbə deyil”- Tofiq Şahmuradov
Analitika

“Müttəfiqlərin İranda etdikləri taktiki qələbədir,strateji qələbə deyil”- Tofiq Şahmuradov

2025/06/24 12:47
52
“Dünyadakı müharibə kampaniyasına daha çox ölkə qoşulacaq”- Səxavət Məmməd
Analitika

“Dünyadakı müharibə kampaniyasına daha çox ölkə qoşulacaq”- Səxavət Məmməd

2025/06/13 11:16
25
“Qalib Rənglər: Göy, Qırmızı, Yaşıl!”
Analitika

“Qalib Rənglər: Göy, Qırmızı, Yaşıl!”

2025/06/02 8:39
7
“Birini özünə birləşdirmək üçün ən azı cəlbedici olmalısan”- Səxavət Məmməd
Analitika

“Birini özünə birləşdirmək üçün ən azı cəlbedici olmalısan”- Səxavət Məmməd

2025/05/01 19:05
42

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

Dekabr 23, 2024
Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Oktyabr 4, 2024
Lənkaranlılar  Vətən üçün ölməyi seçdi tarixi hadisəsi niyə  talışlarda saat 12-dən sonra ifadəsinə çevrildi?

Lənkaranlılar Vətən üçün ölməyi seçdi tarixi hadisəsi niyə talışlarda saat 12-dən sonra ifadəsinə çevrildi?

Yanvar 17, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

Polis sahilboyu ərazilərdə profilaktik tədbirləri davam etdirir

Polis sahilboyu ərazilərdə profilaktik tədbirləri davam etdirir

İyul 30, 2025
Ombudsman Səbinə Əliyeva Rusiya Ombudsmanına rəsmi məktub ünvanlayıb

30 iyul – İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günüdür

İyul 30, 2025
Hüquqi məsuliyyət riski daşıyan üzərlik bitkisi ilə bağlı xəbərdarlıq

Hüquqi məsuliyyət riski daşıyan üzərlik bitkisi ilə bağlı xəbərdarlıq

İyul 30, 2025
Türkiyənin media nümayəndələri “ASAN xidmət”də

Türkiyənin media nümayəndələri “ASAN xidmət”də

İyul 30, 2025

Recent News

Polis sahilboyu ərazilərdə profilaktik tədbirləri davam etdirir

Polis sahilboyu ərazilərdə profilaktik tədbirləri davam etdirir

İyul 30, 2025
0
Ombudsman Səbinə Əliyeva Rusiya Ombudsmanına rəsmi məktub ünvanlayıb

30 iyul – İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günüdür

İyul 30, 2025
2
Hüquqi məsuliyyət riski daşıyan üzərlik bitkisi ilə bağlı xəbərdarlıq

Hüquqi məsuliyyət riski daşıyan üzərlik bitkisi ilə bağlı xəbərdarlıq

İyul 30, 2025
9
Türkiyənin media nümayəndələri “ASAN xidmət”də

Türkiyənin media nümayəndələri “ASAN xidmət”də

İyul 30, 2025
8
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In