Qırğız Respublikası Ali Məhkəməsinin sədr müavini Nurlan Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Görüşdə qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə məlumat verilib. Milli brendimiz olan “ASAN xidmət”in intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb.
Görüş zamanı “ASAN xidmət” təcrübəsinin Qırğız Respublikası ilə paylaşılması istiqamətində əməkdaşlığın həyata keçirildiyi diqqətə çatdırılıb.
Qonaqlar ölkəmizin dövlət xidmətləri sahəsində olan qabaqcıl təcrübəsini yüksək qiymətləndiriblər.
Həmçinin görüş çərçivəsində qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.






