Çərşənbə axşamı, İyun 23, 2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Qarabağ Universitetində “Ulu öndər Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib(FOTOLAR)

14 Aprel, 25 / 13:37
Cəmiyyət, Manşet
A A

2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və suverenlik ili” elan edilməsi münasibətilə, cari ilin 14 aprel tarixində Baş Prokurorluğun və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Ulu öndər Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib.
Konfransda prokurorluq, hüquq mühafizə və məhkəmə orqanlarının əməkdaşları, təhsil işçiləri, tələbələr, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri qoyulub, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş nitqi ilə açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin tam bərpasından sonra Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universitetinin qarşısında dayanan prioritetlərdən bəhs edib. Rektor çıxışında qeyd edib ki, Qarabağ Universiteti yalnız ali təhsil müəssisəsi kimi deyil, həm də regionun elmi-intellektual mərkəzi kimi formalaşmaq yolundadır. Şahin Bayramov xüsusilə vurğulayıb ki, Universitetin fəaliyyətində Heydər Əliyev irsinin, dövlətçilik prinsiplərinin və suverenlik dəyərlərinin təbliği əsas istiqamətlərdəndir.
Elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək Heydər Əliyev irsinin təhsil sistemində milli ideologiyanın və dövlətçilik dəyərlərinin formalaşmasındakı rolunu diqqətə çatdırıb. O, qeyd edib ki, gənc nəslin tərbiyəsi mühüm əhəmiyyət kəsb edir, hər bir gəncimiz tariximizə ehtiramla yanaşıb onu dərindən mənimsəməli, xüsusən xalqımızın qanı bahasına əldə edilmiş suverenliyimizin təminatını özlərinə ən ümdə məqsəd bilməldirlər. Nazir, həmçinin, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində – o cümlədən Qarabağda – təhsil infrastrukturunun yenidən qurulmasının və təhsilin keyfiyyətli şəkildə bərpasının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu ərazilərdə təhsil sistemi yalnız fiziki olaraq deyil, həm də mənəvi və ideoloji cəhətdən tam suveren Azərbaycan modelinə uyğun şəkildə yenidən formalaşdırılır.
Baş prokuror Kamran Əliyev öz çıxışında Ulu Öndər Heydər Əliyevin suveren Azərbaycanın hüquqi əsaslarının formalaşdırılmasında müstəsna tarixi rolunu, Qarabağ bölgəsinə və ümumilikdə ərazi bütövlüyümüzə dair prinsipial mövqeyini qeyd edərək, bu siyasətin günümüzdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Baş prokuror bildirib ki, Ümummilli liderin dövlət quruculuğu və hüquqi islahatlar sahəsindəki fəaliyyətinin nəticəsində bu gün Azərbaycanda müstəqil, demokratik və hüquqi dövlət bərqərar olub.
Kamran Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olması ilə yanaşı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri olduğunu vurğulayıb.
Həmçinin çıxışda Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusunun Ermənistan Respublikasının Silahlı qüvvələrinə qarşı əks-hücum həmləsi ilə başladılmış “44 günlük Vətən” müharibəsi və 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal anti-terror tədbirləri nəticəsində əldə edilmiş tarixi qələbənin 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün tam bərpa olunması ilə yanaşı milli qürurumuzun bərpası, həm də dünyaya ədalətin gec ya da tez bərqərar olduğuna dair bir mesaj olduğu bildirilib.
Tarixə nəzər salan Baş prokuror, SSRİ Nazirlər Sovetinin 14 oktyabr 1988-ci il tarixli qərarı ilə Xankəndi Pedaqoji İnstitutunun fəaliyyəti dayandırılmasından illər sonra, Prezident İlham Əliyevin 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalamasını və 2024-cü ilin sentyabr ayının 20-də isə Universitetin təmirindən sonra, açılışında şəxsən iştirak edərək, müəllim və tələbə heyəti ilə görüşməsinin növbəti dəfə tarixi ədalətin bərqərar edilməsi kimi qiymətləndirib.
Tədbirdə həmçinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Elçin Yusubov çıxış edib. O, çıxışında Qarabağın suveren Azərbaycan dövləti çərçivəsində inteqrasiyası, dövlət idarəçiliyinin bərpası və bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər barədə məlumat verib, Heydər Əliyev irsinin bu prosesdə yolgöstərici rolunu xüsusi qeyd edib.
Konfrans çərçivəsində “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin direktoru Telman Kərimli, Xankəndi şəhər məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü İlkin Abdullayev, Xankəndi şəhər prokuroru Rəşadət Orucov və Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin tarix müəllimi Bilal Dədəyev çıxış edərək Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, hüquqi islahatlara yanaşması və suverenliyin qorunması istiqamətində atdığı addımlardan ətraflı bəhs ediblər. Məruzəçilər 1995-ci il Konstitusiyasının qəbulu ilə əsaslanan hüquqi bazanın bu gün də ölkənin inkişafına möhkəm zəmin yaratdığını bildiriblər.
Daha sonra Qarabağ Universitetinin “Maarifləndirmə və hüquq mühafizə tədbirləri yolu ilə ətraf mühitin gücləndirilməsi” (ECOLEAD) layihəsinə qoşulmasına dair tərəfdaşlar adından Baş prokurorunun müavini Heydər Məmmədovla həmin təhsil müəssisəsinin rektoru Şahin Bayramov arasında memorandum imzalanıb.
Qeyd edilib ki, ilk olaraq 24 may 2024-cü il tarixdə Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti arasında imzalanmış memoranduma 2024-cü ilin avqust ayının 16-da Naxçıvan Dövlət Universiteti də qoşulmuşdur.
Konfransda Baş Prokurorluq və Azərbaycan Televiziyası QSC ilə birgə ərsəyə gətirilmiş “Azərbaycanın suverenlik yolu” adlı qısametrajlı sənədli film nümayiş etdirilib. Film ölkəmizin müstəqilliyə gedən yolunu, hüquqi dövlət quruculuğu prosesini və suverenliyin təmin olunmasında hüquq sisteminin rolunu əks etdirir.
Tədbirin sonunda xatirə fotoşəkli çəkilib.

BƏNZƏR XƏBƏRLƏR

Müşfiqabadda ağacəkmə aksiyası keçirilib
Cəmiyyət

Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

2026/04/18 13:37
5
BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi
Cəmiyyət

BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

2026/04/18 10:26
8
Bədəndə narkotik və psixotrop maddələrin olub-olmaması üçün testlər
Cəmiyyət

Bədəndə narkotik və psixotrop maddələrin olub-olmaması üçün testlər

2026/04/05 17:36
22
BDYPİ dumanlı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırır
Cəmiyyət

BDYPİ dumanlı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırır

2026/04/04 9:34
8
Səfərbərlik Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb
Cəmiyyət

Səfərbərlik Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb

2026/04/03 11:28
16
Sumqayıt Dövlət Universitetində “Vətən Fədailəri” layihəsinin rəhbəri, yazıçı-publisist Manya Səxavətqızı ilə görüş keçirilib(FOTOLAR)
Cəmiyyət

Sumqayıt Dövlət Universitetində “Vətən Fədailəri” layihəsinin rəhbəri, yazıçı-publisist Manya Səxavətqızı ilə görüş keçirilib(FOTOLAR)

2026/04/03 10:31
28

Stay Connected test

  • 24k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

Sentyabr 17, 2025
Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya  etiketi vurulub

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya etiketi vurulub

Oktyabr 9, 2025
Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Sentyabr 2, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

Polis Bakıda çalışdığı evdən 50 min manat dəyərində oğurluq edən şəxsi saxladı

Avtomobildən oğurluq edən şəxs saxlanılıb

Aprel 18, 2026
Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”

Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”

Aprel 18, 2026
Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

Aprel 18, 2026
BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

Aprel 18, 2026

Recent News

Polis Bakıda çalışdığı evdən 50 min manat dəyərində oğurluq edən şəxsi saxladı

Avtomobildən oğurluq edən şəxs saxlanılıb

Aprel 18, 2026
9
Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”

Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”

Aprel 18, 2026
44
Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

Aprel 18, 2026
5
BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

Aprel 18, 2026
8
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In