Paragüllə atıcımız Kamran Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Əyn şəhərində keçirilən Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P1) 215 xalla bürünc medal qazanıb.
Noyabr ayının 5-i yekun vurulacaq yarışda idmançımız 50 metr (P4) və 10 metr üzrə qarışıq komanda (P6) yarışlarında da mübarizə aparacaq.
Qeyd edək ki, paralimpiyaçımız ötən ay Avropa çempionatında 1 qızıl, 2 gümüş medal qazanmışdı.



















