Bazar, İyul 26, 2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Ömər aşırımı toponimi və oronimi

26 İyul, 26 / 19:29
Manşet, Maraqlı
A A

Sosial media doğurdan da ciddilikdən çıxmaqda davam edir. Hər kəs əlinə süni intellekti alıb tarixi təhrif etməyi bir kənara, artıq Azərbaycanda olan tarixi yerləri dini şəxslərin adları ilə bağlayaraq insanları inandırmağa cəhd edirlər ki, buranın adı məhz filankəs ilə bağlıdır

Belə təhriflərə məruz qalan yerlərdən biri də Qarabağ müharibəsi başlayan illərdən onlarla şəhid olan Ömər aşırımıdır. Bəzi sosial media üzvləri iddia edirlər ki, bura Məhəmməd Peyğəmbər(s) yaxın dostu, İslamın ikinci xəlifəsi Ömər ibn Xəttabın adı ilə bağlıdır.

Ömər aşırımı sözünün kökündə Ömərin keçdiyi, Ömərə aid olan dağ keçidi kimi izah edilir və inanmıram ki, kimsə tutarlı bir fakt ortaya qoysun ki, Ömər ibn Xəttab burdan keçib deyə aşırımı məhz onun adı ilə bağlı olsun. Əlbəttə, İslam Azərbaycanda onun zamanında daha sürətlə yayılıb, lakin Ərəb qoşunları əsasən Dərbənd istiqamətində, aran və düzənlik ərazilərdə, eləcə də böyük ticarət yolları üzərində hərəkət edirdilər.

Ərəb ordusu heç vaxt Murovdağın dəniz səviyyəsindən 3000 metrdən yüksək, keçilməz, sıx meşəlik və dondurucu zirvələrinə qalxmayıb. Ərəblərin hərbi yürüş xəritələrində Murovun bu cür sərt aşırımları yoxdur.

Əgər bir toponim dövlət xadimi, dini şəxs və ya tarixi sərkərdə ilə bağlı olarsa, bu, akademik ensiklopediyalarda “Xəlifə Ömərin adı ilə bağlıdır” şəklində xüsusi vurğulanırdı. Ömər aşırımı üçün belə bir rəsmi tarixi qeyd yoxdu

Əlbətdə, Ömər ibn Xəttab sevgi və sayğıya layiq insandır və onun adı ilə buranın adlanmasında heç bir problem də yoxdur. Lakin gəlin hər şeyi öz adı ilə çağıraq.

Ömər aşırımı Azərbaycanın əsas dağlıq ərazilərindən birində, Qafqaz sıra dağlarının cənub yamacında yerləşən bu aşırım, Murovdağ silsiləsində, Koroğlu (3462 m) və Gamışdağ (3724 m) zirvələri arasında, dəniz səviyyəsindən 3261 metr hündürlükdə yerləşir.

Ömər aşırımı həm coğrafi, həm iqtisadi, həm də sosial baxımdan mühüm ərazi sayılır.

Niyə məhz Ömər adı alıb bu strateji ərazimiz.

Coğrafi obyektlərə ad verərkən yerli tayfaların, nəsillərin və ya fərdlərin adlarından tətbiq edilməsi Azərbaycan toponimiyasında geniş yayılmış təcrübədir. Azərbaycanın əksər bölgələrində bu cürə oxşar faktlar yüzlərlədi. Hansı ərazimizə getsək bu tipli yerlərə rast gələ bilərik.

Xalq toponimiyasında yaradılan minlərlə dağ, çay və aşırım adları (Nəbi bulağı, Qasım daşı, Səməd çuxuru) kimi Ömər aşırımı da yerli şifahi etnoqrafik yaddaşın məhsuludur və bu, toponimika elmində qəbul olunan yüzlərlə faktdan biridir.

Dəqiq bu Ömər kimdir sualına cavab vermək çətindir. Ola bilsin bu şəxs hansısa bir çoban olub, yaxud bu aşırımı kəşv edən yerli sakin olub, yaxud hansısa burada qəhrəmanlıq etmiş şəxs olub. Bu barədə rəsmi heç bir mənbə yoxdur.

Sabah kimsə çıxıb desə ki, bu Ömər Kəlbəcərdə filan tarixdə anadan olan şəxs olub, bura onun adı ilə bağlıdır, inanmıram bunu təsdiq edəcək hansısa bir dastan, mifoloji bir hadisə, nağıl yaxud hansısa bir fakt ortaya qoysun.

Lakin XIX əsrə aid məlumatlarda yazılır ki, Rusiya Azərbaycanı işğal edəndən sonra yerləri qeydiyyata alanda yerli əhali buranın dəfə babadan Ömər aşırımı kimi bildiklərini deyiblər və “Перевал Омар” kimi adı sənədləşib.. İlk rəsmi olaraq buranın adı 1880-ci illərə aid sənədlərdə yazılıb.
“Azərbaycanın fiziki coğrafiyası”, “Azərbaycan Oronimlərİ”, “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” (I və II cildlər), ” Военно-топографическая карта Кавказского военного округа” (1860–1910-cu illər),Azərbaycan Milli Ensiklopediyası
və digər mənbələrdə bu ad antroponimik oronim, şəxs adından yaranmış kimi qeydə alınıb.

Son olaraq qeyd edim ki, bütün yuxarıda qeyd edilən və digər mənbələrdə Ömər aşırımı adının ərəb xəlifəsi ilə heç bir sənədli və ya toponimik əlaqəsi yoxdur. Bu ad 19-cu əsrdən qabaq Murovdağ köç yolunda iz qoymuş yerli sakininin adından yaranıb.

Prof.Dr. Zaur Aliyev

BƏNZƏR XƏBƏRLƏR

Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”
Maraqlı

Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”

2026/04/18 17:34
45
Sumqayıt Dövlət Universitetində “Vətən Fədailəri” layihəsinin rəhbəri, yazıçı-publisist Manya Səxavətqızı ilə görüş keçirilib(FOTOLAR)
Cəmiyyət

Sumqayıt Dövlət Universitetində “Vətən Fədailəri” layihəsinin rəhbəri, yazıçı-publisist Manya Səxavətqızı ilə görüş keçirilib(FOTOLAR)

2026/04/03 10:31
38
Nazir Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
Cəmiyyət

Nazir Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

2026/04/02 16:41
35
Rövşən Tağıyev: “Təhlükəsizlik kəməri sürücünün həyatını xilas etdi”
Cəmiyyət

Rövşən Tağıyev: “Təhlükəsizlik kəməri sürücünün həyatını xilas etdi”

2026/04/02 14:57
42
Emin Tarverdiyev: Anamı qucaqlaya bilmədiyim əllərimlə vətən torpağına toxundum
Cəmiyyət

Emin Tarverdiyev: Anamı qucaqlaya bilmədiyim əllərimlə vətən torpağına toxundum

2026/04/02 11:43
33
“Kəççi qızı ” bəli, bu mənəm- Arzu Əyyarqızı
Cəmiyyət

“Kəççi qızı ” bəli, bu mənəm- Arzu Əyyarqızı

2026/04/02 11:27
140
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In