Paytaxtın Nərimanov rayonunda evlərdən məişət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Z.Abbasov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, oğurluq etdiyi evlərin qapısının açıq olmasından istifadə edərək qeyd edilən əməli törədib.
Abşeron rayonunda isə gözəllik salonu və marketdən 1169 manat, mobil telefon və digər məhsullar oğurlanıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Nadirov və A.Quliyev müəyyən edilərək saxlanılıb.
Nəsimi rayonunda da mağazalardan 1239 manat oğurlamaqda şübhəli bilinən D.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam edir.





