Texniki nasaz avtomobilin yolda qalması nəqliyyat sıxlığının yaranmasına səbəb oldu
Paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospekti, “Bağırov”tunelin içərisində texniki nasaz avtomobil qalıb. Bu səbəbdən mərkəz istiqamətində sıxlıq yaranıb.
Yol polisi əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.



















