Bu gün doğum gününü qeyd edən, daim şəhid ailələrinin yanında olan, onların dərdinə şərik çıxan və ictimai fəaliyyətləri ilə seçilən Manya Səxavətqızı üçün həm də xüsusi bir gündür.
Manya Səxavətqızı uzun illərdir ki, sosial fəaliyyətləri, vətənpərvərliyi və ictimai dəyərlərə bağlılığı ilə tanınır. O, şəhid ailələrinin yanında olmaqla, onların səsini cəmiyyətə çatdırmaqla yanaşı, müxtəlif layihələrə, humanitar təşəbbüslərə dəstək verərək daim örnək bir mövqe nümayiş etdirib.
Onun bu zəhməti və əzmkarlığı bu dəfə də yüksək qiymətləndirilib. Belə ki, Manya Səxavətqızı “Caspian Awards Azerbaijan 2025” mükafatına layiq görülüb.
Bu mükafat Manya Səxavətqızının illərdir göstərdiyi fədakarlığın, şəhid ailələrinə və Vətən yolunda canından keçənlərin əziz xatirəsinə olan dərin bağlılığının bir daha təsdiqidir. Onun qazandığı bu uğur yalnız şəxsi nailiyyət deyil, həm də bütün şəhid ailələri və onların mübariz ruhu adına qazanılmış bir qələbədir.
Bu gün isə doğum günü və qazandığı yeni uğur bir-birinə təsadüf edərək, onun həyatında daha da anlamlı bir səhifə açır.
Biz də Haqq.az saytı olaraq,Manya Səxavətqızını səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq.
Zaur Talıblı



















