Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin, sürücülərin və piyadaların rahat hərəkətinin təmin edilməsi məqsədilə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar və Ağaxan Abdullayev küçələrinin kəsişməsində yeni svetoforlar quraşdırılıb. “L” və “A” tipli svetofor dirəkləri üzərində nəqliyyat və piyada bölmələri quraşdırılan yeni svetoforların istifadəyə verilməsi kəsişmədə nəqliyyatın nizamlı hərəkətini təmin edib.
Qeyd edək ki, yeni svetoforların quraşdırılması “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası əsasında həyata keçirilib.






