Şənbə, Sentyabr 12, 2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

“Gündəlik olaraq bu situasiyanı yaşayan adamlar əslində heç yaşamırlar”-Vasif Ayan

05 Dekabr, 24 / 6:46
Manşet, Sosial
A A

“Koroğlu” metrosunun önündə, dilində dua kimi yüksək səslə pıçıldayan yüzlərlə ( bəli onlarla yox məhz yüzlərlə) adamların içinə düşdüm. Onlara yaxınlaşanda çox vəhşi üz ifadələri gördüm. Üzr istəyirəm, amma həqiqətən görkəmlərinin belə olması məni məyus etdi. Onlar adamın üzərinə doğru: “Mərdəkan”, “Binə”, “Buzovna” deyərək hücum çəkir, az qala sənin çənənə bir yumruq ilişdirəcək görüntü yaradırdılar. Yəqin 1 müştəri uğrunda 100 sürücü mübarizəsi onları bu qədər qəddarlaşdırmışdı. Özümü çox pis hiss etdim. Sırf bu məqamda, bu nöqtədə, bu situasiyada anlayırsan ki, ilahi, bir parça çörək adamı nə vəziyyətlərə salarmış… Adamları yara-yara tez özümü metroya atdım. Ancaq başa düşürdüm ki, məni burda sürpriz gözləmir. Təbii ki, heç kim qırmızı xalıda qarşılamayacaqdı məni. Nazim Hikmətin bir şeirində deyildiyi kimi:

Akın var, güneşə akın,
Güneşi zapt edeceyiz, güneşin zaptı yakın…

Burda günəşə yox metroya dəhşətli axın vardı. Hamı tələsir, iti addımlarla yanğından mal daşıyar kimi qaçışırdılar. Zatən taksi ilə metroya gəldiyim üçün istədim geri qayıdıb, avtobusa filan minəm. Bir anlıq anladım ki, metronun üstündə insan qaynayır, orda rahat şəraitli, qismən seyrək avtobusa rast gəlmək özü bir möcüzədir. Təbii ki, möcüzə də mənim başıma gələsi deyil. Metro ilə davam etməyə tələsdim. 18:00. Metroda böyük izdiham var. Darıxdım. Amma daha dəhşətlisi hələ qarşıda idi. Bir neçə stansiya getdik, “Gənclik”dən “28 May”a çatan ərəfədə vaqonda nasazlıq yarandı 15 dəqiqə dayanmalı olduq. “Ağ bəxtimi qara yazan” taleyimə “bir kom” gülümsəyib, hamama çevrilmiş, boğanaq vaqonda özümü toxtaxlı tutmağa çalışdıq. Maşınist sərnişinləri səbirli olmağa və qorxmamağa dəvət edirdi. Xülasə, 15 dəqiqə müddətində qaranlıq tuneldə qaldıqdan sonra qatar hərəkətə keçdi. İndi təsəvvür edin, saat 18:30, qatar 15 dəqiqə “28 May”a gecikmiş ola, sizcə orda vəziyyət necə olar? İlahi, qatar çatdı, elə bil ki, adamlardan divar hörmüşdülər. Vaqonun qapısı açılmırdı. Saysız-hesabsız adamlar bir-birinə pərçimlənmiş və ümidsiz halda gecikən vaqona baxırdılar. Bəxtimizdən vaqon İçərişəhərə gedirdi deyə həmin divara hörülmüş adamlar vaqona minmədi. Əgər qatar “Dərnəgül”ə gedəsi olsaydı, hesab edin ki, indi mən bu statusu yazmayacaqdım. Elə o basırıqda canımı tapşıracaqdım. Mən belə bir izdiham həyatım boyu görməmişdim. Hələ dərd sonrakı haqqesabdıye. Bu boyda zırıltıdan sonra “Baksovet”in bayırına özümü güc-bəla ilə atdım. İstədim ordan avtobusa minib evə gedəm, gördüm maşın karvanı, insan karvanı hamısı qarışıb bir-birinə. Dərhal başımı götürüb qaçdım “Tarqovı”ya. Skamyada təxminən 2 saata yaxın əyləşib, telefonla qurdalandım, kitab filan oxuyub, sonra qayıtmışam dayanacağa. Ta ki, ortalıq bir az soyuyandan sonra. Hər gün gündəlik olaraq bu situasiyanı yaşayan adamlar əslində heç yaşamırlar…
Vasif Ayan

BƏNZƏR XƏBƏRLƏR

Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın, təcilidir – DİN çağırış edir
Cəmiyyət

Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın, təcilidir – DİN çağırış edir

2026/09/02 14:23
0
Türkiyədə təhsilini bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularına diplomlar təqdim edilib
Hərbi

Türkiyədə təhsilini bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularına diplomlar təqdim edilib

2026/09/02 13:25
3
Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar
Cəmiyyət

Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

2026/09/01 17:36
2
Çinin Baş prokuroru “ASAN xidmət”də(FOTOLAR)
Cəmiyyət

Çinin Baş prokuroru “ASAN xidmət”də(FOTOLAR)

2026/09/01 14:35
3
Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin anım mərasimi keçirilib
Hərbi

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin anım mərasimi keçirilib

2026/08/29 11:15
3
Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun anım mərasimi keçirilib
Hərbi

Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun anım mərasimi keçirilib

2026/08/22 16:15
3

Stay Connected test

  • 24k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

Sentyabr 17, 2025
Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya  etiketi vurulub

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya etiketi vurulub

Oktyabr 9, 2025
Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Sentyabr 2, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

Tərtərdə polis nəfəri silahla ehtiyatsız davrandı, vəfat etdi

Nəsimi rayonunda evlərdən oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanılıb

Sentyabr 3, 2026
Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlandı – DİN

Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlandı – DİN

Sentyabr 3, 2026
Masallı “ASAN Həyat” kompleksinin açılışından 10 il ötür(FOTOLAR)

Masallı “ASAN Həyat” kompleksinin açılışından 10 il ötür(FOTOLAR)

Sentyabr 3, 2026
BDYPİ vətəndaşlara çağırış etdi

BDYPİ vətəndaşlara çağırış etdi

Sentyabr 3, 2026

Recent News

Tərtərdə polis nəfəri silahla ehtiyatsız davrandı, vəfat etdi

Nəsimi rayonunda evlərdən oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanılıb

Sentyabr 3, 2026
8
Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlandı – DİN

Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlandı – DİN

Sentyabr 3, 2026
2
Masallı “ASAN Həyat” kompleksinin açılışından 10 il ötür(FOTOLAR)

Masallı “ASAN Həyat” kompleksinin açılışından 10 il ötür(FOTOLAR)

Sentyabr 3, 2026
2
BDYPİ vətəndaşlara çağırış etdi

BDYPİ vətəndaşlara çağırış etdi

Sentyabr 3, 2026
1
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In