Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən Bəhruz Əhmədov saxlanılıb.
Onun yaşadığı ünvandan ümumilikdə 51 ədəd narkotik tərkibli bitki və 2 ədəd odlu silah aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərərək yetişdirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, B.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


















