Bazar, Noyabr 22, 2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

“Əmir Teymurun qılıncı uğrunda Napeolonun mübarizəsi və Qacarlar Fransanı necə aldatdı” – Zaur Əliyev

14 Yanvar, 25 / 21:00
Manşet, Maraqlı
A A

Böyük sərkərdə Əmir Teymur vəfat edəndən sonra onun gəncliyindən ölüm gününə qədər yanında olan və türk ustalarının məharətlə hazırladığı qılınc yoxa çıxır. Uzun illər bu qılıncı axtarmaq üçün Avropa ölkələrinin kəşfiyyatçıları səyyahlar qisimində Şərqi gəzirlər. Sonuncu səfər qılınc İrəvan xanı Həsən xan Qacarda olub, sonra Özbəkistanda gizlədilib və Türk Qurtuluş müharibəsi zamanı Atatürkdə olub.

Bu qılıncı ələ keçirmək istəyənlərdən biri də dünya tarixində məğlubedliməz sərkərdə titulu alan Napelon Bonapart olub. Bu qılıncın nə üstünlüyü olub ki, əsrlərdir onu axtarırlar? Bütün dövlət başçıları, hərbiçilər bu qılınca sahib olmaq üçün yüzlərlə insanın ölümünə səbəb olublar.

Rusiya filosofu, arxeoloqu, mədəniyyətşünası, mistiki Nikolay Konstantinoviç Rerix uzun illər araşdırmasından sonra yazır : “ Əmir Teymur mistik “qara daşa” sahib olub. Əfsanələrə görə Süleyman Peyğəmbərdən sonra bu daş onun əlinə keçib və bu daşdan ona qələbələr gətirən qılınc hazırlanıb”

Qılınc barədə rəvayətlər bütün Şərq və Avropanı bürümüş idi. 1807-ci ildə Fransa imperatoru Tehrana təkcə hərbi qulluqçuların deyil, həm də alimlərin daxil olduğu güclü bir heyətdə diplomatik nümayəndələr göndərdi. Şərqdəki missiyaya briqada generalı Klod Matye de Qardan rəhbərlik edirdi.

Digər məsələlərlə yanaşı, danışıqlar zamanı fransızlar Qacar dövlətində saxlanılan Əmir Teymurun qılıncının Napoleona hədiyyə olaraq verilməsini istəyirlər və nəticədə verilən təkliflər qarşısında Napelona onu hədiyyə etməyə razı olurlar.

24 yanvar 1808-ci ildə Parisdə çıxan “Journal de l’Empire” qəzetinin müxbiri İstanbulda olarkən yazırdı:

“ Qacar şahının Fransa imperatoru yanındakı fövqəladə səfiri Əsgər-Xan tezliklə Parisə gəlmək üçün Tehrandan yola çıxmış, özü ilə Fransa sarayı üçün möhtəşəm hədiyyələr gətirir. O, dünyanın ən böyük İmperatoruna Əmir Teymurun qılıncını təqdim edəcək”

Əsgər Xan Əfşar bir neçə ay sonra Fransaya gəldi. Səfir Napoleon tərəfindən 4 sentyabr 1808-ci ildə Paris yaxınlığındakı Sen-Klu Şatosunda təntənəli şəkildə qəbul edildi. Dəbdəbəli hədiyyələr arasında iki əfsanəvi qılınc da var idi: birinci qılınc, səfirin dediyinə görə, vaxtilə Əmir Teymurun özünə məxsus idi; ikincisi isə fateh Nadir şah Əfşara.

Napoleon hətta Əmir Teymurun qılıncının tapılması faktını əbədiləşdirmək niyyətində idi, çünki bu hadisə onu Avropa ictimaiyyətinin gözündə Asiyanın əfsanəvi fateh səviyyəsinə qaldırdı. İmperator Bastiliya meydanında nəhəng bir fil heykəli ucaltmağı planlaşdırırdı, onun kürəyində xalq Bonaparta tarixi yadigar təqdim edən saqqallı şərq adamının fiqurunu görəcəkdi.

Lakin Qacarlar fransızları aldatdılar. Əsgər Xan Əfşar Parisə heç bir tarixi dəyəri olmayan iki gözəl, zəngin bəzəkli qılınc gətirmiş idi. Napoleon özü də sürgündə olarkən etiraf edirdi ki, Qacarlar onu asanlıqla aldada biliblər.

Ömrünün sonunda Bonapartla tez-tez söhbət edən qraf Emmanuel de Las Keys “Müqəddəs Yelenanın xatirəsi” əsərində onunla bu barədə söhbətini belə yazır :

“Mən Böyük Fridrixin qılıncına sahib idim; ispanlar mənə I Fransiskin qılıncını Tuileriyə gətirdilər – və bu, onlar üçün böyük bir qurban idi; türklər və perslər mənə Çingiz xanın, Əmir Teymurun və Şah Nadirin qılınclarını göndərdilər; lakin mən, əlbəttə ki, bu hədiyyələrin niyyətini onların tarixi həqiqətinə inandığımdan daha çox qiymətləndirirdim”

Zaur Aliyev, dosent

BƏNZƏR XƏBƏRLƏR

Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir
Manşet

Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir

2026/10/28 22:25
32
“VƏTƏN FƏDAİLƏRİ” LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU
Cəmiyyət

“VƏTƏN FƏDAİLƏRİ” LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU

2026/10/05 12:03
26
SITA və tərəfdaşları səyahətdə biometrik texnologiyalardan məsuliyyətli istifadə üçün koalisiya yaradıblar
Maraqlı

SITA və tərəfdaşları səyahətdə biometrik texnologiyalardan məsuliyyətli istifadə üçün koalisiya yaradıblar

2026/10/05 11:56
5
BDYPİ-dən hərəkət iştirakçılarına müraciət
Cəmiyyət

BDYPİ-dən hərəkət iştirakçılarına müraciət

2026/10/01 16:35
4
Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Cəmiyyət

Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

2026/10/01 14:21
5
“Birliyin Gücü – 2026″ birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilir
Hərbi

“Birliyin Gücü – 2026″ birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilir

2026/10/01 14:00
12

Stay Connected test

  • 24k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

Sentyabr 17, 2025
Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya  etiketi vurulub

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya etiketi vurulub

Oktyabr 9, 2025
Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Sentyabr 2, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir

Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir

Oktyabr 28, 2026
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib

Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib

Oktyabr 28, 2026
Ruandalı nazir “ASAN xidmət”də

Ruandalı nazir “ASAN xidmət”də

Oktyabr 28, 2026
Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Oktyabr 28, 2026

Recent News

2
Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Oktyabr 28, 2026
2
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In