İstedadlı azərbaycanlı tenor, aktyor və vokal ifaçısı Tərlan Şahbazi “İçərişəhər”dəki ərazisində yerləşən restoranlardan birində məşhur “Santa Lucia” mahnısını ifa edib.
“Cebheinfo.az” xəbər verir ki, italyan mənşəli bu əsər restoranın qonaqları arasında təsadüfən olan italyanlar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Onlar bu gözlənilməz musiqi süprizi üçün ifaçıya səmimi təşəkkürlərini bildiriblər. Qeyd edək ki, Tərlan Şahbazi hazırda Polşada yaşayır və fəaliyyət göstərir. Restoranda çəkilmiş görüntüləri təqdim edirik:
Əfsanə Rəcəb