Çərşənbə axşamı, Aprel 28, 2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Mədəniyyət

“Öz xoşbəxtliyini başqalarına sərf edən xanım”- Elman Eldaroğlu

18 İyul, 25 / 16:16
Mədəniyyət
A A

Ədəbi-tənqidçi, professor Vaqif Yusifli onun haqqında yazır:- “Aida Adıgözəldən oxuduğum şeirlərin bir qismi məhz payıza bürünmüş – payızlaşmış xəzəlləşmiş duyğuların əksidir. İnsan ömrünün ekvator xəttinə çatanda təkliyə, tənhalığa alışır və payız fəsli yarpaqları saralmış, xəzəlləşmiş, küləkləşmiş, yağışlaşmış dərdi ilə ürəyə yol tapır. Və burada insanın payızlaşmağı təbii bir prosesə çevrilir. İnsan “İçində nə varsa, uçub dağılan, bütün xarabalığı, kədəri, qəmi… payız dərdini götürüb, beləcə ayrılır öz budağından”. Yox, payızı təkcə saralmış yarpaqlarıyla, xəzəliylə, dəli küləyiylə tanınmır, bəlkə, daha artıq düşüncə fəslidir, yəni insanın qışa doğru yol alan ömrünün ağıl, idrak, beyin məşqlərinin düşüncəyə tabe olmasıdır. Aida Adıgözəl- müasir şeirimizin bu kürdəmirli xanımı həyatın, gerçəkliyin, olumun və ölümün serenadalarını poetik lövhələrə çevirir, bəzən mənasızlıqda məna axtarır, peşmançılığın rəsmini çəkir, kölgələrin rəqsini, gedənlərin göynəyən yerini, ağlayan şəkilləri, yanan körpüləri düşüncə sferasına daxil edir.”

Haqqında söhbət açılan Aida Tərlan qızı Adıgözəl- 1971-ci il iyulun 20-də Kürdəmir rayonunun Mollakənd kəndində dünyaya gəlib. Orta təhsillidir, subaydır. AYB-nin üzvü, Prezident təqaüdçüsüdür, Üç şeir kitabının müəllifidir. On ilə yaxındır ki, dövrü mətbuatda çap olunur…

Professor Vaqif Yusifli daha sonra yazır: “Aida Adıgözəli sevgi şairi kimi də təqdim edərdim. Amma onun sevgi şeirlərində ənənəvi motivlərə ənənəvi qayıdış yoxdu, “ayrılıq-dar ağacı”, “həsrət seli”, “ölürəm səndən ötəri” etirafları səslənmir, təzadların və ayrılıqların mənbəyinə, mahiyyətinə çəkib aparan bir xətt var. Sevgini və sevgidən doğan təzadı, ayrılığı əksər şairlər, xüsusilə də, zərif cinsdən olan şairlər bəzən eyni tempdə, eyni ahəngdə təsvir edirlər. Aida Adıgözəldə isə bir qədər fərqlidir. Onun şair fərdiyyəti, özünəməxsusluğu barədə nə demək istərdim? Şairliyə aidiyyəti olan bir sıra əsas xüsusiyyətlər var ki, o, bunları qədərincə bilir və şeirlərində də apaydın göstərir. Birincisi və ən ümdəsi budur ki, Aida Adıgözəl vərdişlə şeir yazmır, şeir misra-misra, sətirbəsətir içinə, ruhuna köklənəndə yazır. Sadəcə, içini boşaltmaq “əməliyyatı” yox, içini bəyan etmək prosesi… İkincisi, Aida Adıgözəl metaforalarla işləməyi çox sevir. Bu gün metafora müasir şeirimizin qanına, canına hopub. Hərçənd ki, uğursuz cəhdlərlə də çox qarşılaşırıq. Aida Adıgözəl “ölmüş şeirlər”də sırf metafora yolu ilə gedir.”

Xoşbəxt olduğu zaman məntiqli, həssas, emosional və mehriban olur. O, həmçinin fədakar, istedadlı, bilikli, xeyriyyəçi və əyləncəli bir şəxsdir. Lakin, özünü yaxşı hiss etmədiyi vaxtlar pessimist və rəqabətçi ola bilər. O, ailə üzvü kimi dəyərli və xüsusi bir yerə sahibdir, çünki başqalarının xoşbəxtliyi üçün hər şeylərini qurban verə bilər. Çox mülayim və qayğıkeşdir, həmişə başqalarının rahatlığını özünkündən üstün tutaraq, öz xoşbəxtliyini başqalarına sərf edə bilir. O, kifayət qədər ağıllıdır və hadisələrə mühakimə yürütməyi sevmir. Mübahisələrə nifrət edir və sakit bir həyat tərzini üstün tutur. Bəzən qeyri-sabit və qərarsız ola bilər. Hisslərindəki ani dəyişikliklər ətrafındakılara güvənsizlik hissi yarada bilər. Onun çox mülayim və yaxşı dinləyici olması, amma “yox” deməkdə çətinlik çəkməsi, bəzən özünü qəzəbləndirməsinə səbəb olur. Utancaq olduğu üçün cəmiyyətdə fərqlənmək istəmir və əksər hallarda geri planda qalmağa üstünlük verir. Yarımçıq işlərlə maraqlanmır və gördüyü hər bir işi ən yaxşı şəkildə tamamlamağı xoşlayır. Tənqid olunmağı sevmir və səbirli, inadkar bir xarakterə sahibdir. Onun altıncı hissi çox güclüdür və həyatında qarşılaşdığı hər çətinlikdən, intuisiya ilə həll yolunu tapmağı bacarır…

Deyir ki:- “Bizdə bir söz var, gəlin ocağa çəkər. İndi anlayıram ki, mənim feyzbuk dostlarımın 89.9.7%-i iyul ayında doğulub xərçəng bürcünə məxsusdular. Əgər, o biri aylarda günə uzağı üç təbrik yazırdımsa, indi maşallah günə on təbrik yazıram, yenə də qutarmır. Sən demə, bu iyul ayı məhsuldar ayimiş. Sanki hamı istəyib ki, balası gözəl və zəki olsun, hesablarını buna görə götürüblər. Mənim bu ayda doğulmağıma, əkib bükdüklərinə səbəb olduqlarına görə, atama rəhmət, anama sağlıq diləyirəm. Yaxşı ki elə iyul balasıyam…”

Bəli, iyulun 20-si şair Aida Adıgözəlin növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram. Sonda onun “Sənə” adlı bir şeirini sizə təqdim edərək, söhbətimi yekunlaşdırıram:

“Səndən bir şey istəyəcəm,
amma söz ver, gülmə, gülmə.
Arada yuxuna gəlim,
sən də guya bilmə, bilmə.

Darıxanda mesaj yazsam,
“oxunmayıb” oxun atsan,
mən də cavabçın ağlasam,
mesajımı silmə, silmə.

Bir gün eşitsən ölmüşəm,-
səndən izinsiz köçmüşəm,
xəbər göndər, – “incimisən”,
ağla, amma gəlmə, gəlmə.

Hər gün mənə şeirlər yaz,
şəklimi sətirlərə qaz,
hərdən çox yox, elə bir az,
darıx, amma ölmə, ölmə…”

Hörmətlə,Elman Eldaroğlu

BƏNZƏR XƏBƏRLƏR

NİFTALI GÖYÇƏLİ: TURAN SEVDALISI OLAN USTAD ŞAİR
Mədəniyyət

NİFTALI GÖYÇƏLİ: TURAN SEVDALISI OLAN USTAD ŞAİR

2026/03/26 18:12
7
Cəliləbadda Zeynəb Alıhüseynqızının “Ana sevgisi” və “Şəhidlər” adlı iki şeirlər kitablarının təqdimat mərasimi keçirilib(FOTOLAR)
Mədəniyyət

Cəliləbadda Zeynəb Alıhüseynqızının “Ana sevgisi” və “Şəhidlər” adlı iki şeirlər kitablarının təqdimat mərasimi keçirilib(FOTOLAR)

2026/01/12 20:42
190
Yazar Zeynəb Alıhüseynqızının sayca dördüncü şeir kitabı çap olunub
Mədəniyyət

Yazar Zeynəb Alıhüseynqızının sayca dördüncü şeir kitabı çap olunub

2026/01/08 18:07
51
Göytəpə şəhərində “Bəxtiyar Vahabzadənin 100 illiyi” tədbiri keçirilib(FOTOLAR)
Mədəniyyət

Göytəpə şəhərində “Bəxtiyar Vahabzadənin 100 illiyi” tədbiri keçirilib(FOTOLAR)

2025/12/25 12:30
40
Cəlilabadda Sevinc Şirvanlının kitabının təqdimatı keçirildi(FOTOLAR)
Mədəniyyət

Cəlilabadda Sevinc Şirvanlının kitabının təqdimatı keçirildi(FOTOLAR)

2025/12/20 11:23
53
Bir şairin dünyası - Atlaz Rzayi
Mədəniyyət

Bir şairin dünyası - Atlaz Rzayi

2025/11/30 21:34
26

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

Sentyabr 17, 2025
Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya  etiketi vurulub

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya etiketi vurulub

Oktyabr 9, 2025
Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Sentyabr 2, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

Polis Bakıda çalışdığı evdən 50 min manat dəyərində oğurluq edən şəxsi saxladı

Avtomobildən oğurluq edən şəxs saxlanılıb

Aprel 18, 2026
Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”

Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”

Aprel 18, 2026
Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

Aprel 18, 2026
BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

Aprel 18, 2026

Recent News

Polis Bakıda çalışdığı evdən 50 min manat dəyərində oğurluq edən şəxsi saxladı

Avtomobildən oğurluq edən şəxs saxlanılıb

Aprel 18, 2026
2
Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”

Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”

Aprel 18, 2026
38
Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

Aprel 18, 2026
0
BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

Aprel 18, 2026
0
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In