(Niyazəliyeva Firəngiz və Niyazəliyev Əlixanın hekayəsi)
Qafan rayonunun Komaran kəndində 1939-cu ildə bir qadın dünyaya gəlmişdi — Firəngiz.
Sadə kənd həyatı, süd qoxulu səhərlər, kolxozun sağıcı qızlarının arasında bir ömür…
Amma tale onun payına sadəlik deyil, qəhrəmanlıq yazmışdı.
Firəngiz Niyazəliyeva — yeddi övlad anası. Üçü oğlan idi. İkisi hərbi xidmətini başa vurmuş, kəndin torpağında dinc əməkla məşğul idi. Üçüncüsü — Zahid — Vətən müharibəsinin isti ocaqlarında, Ağdamda idi.
Ağdam şəhərinin işğal edildiyi xəbərini eşidən ana, evdə dura bilmədi.
Hər kəs qaçırdı — o, gedirdi.
Yanında həyat yoldaşı Əlixan…
Bilmirdi hara gedir, amma ürəyində bir ünvan vardı — oğlu Zahid.
Yoldan keçənlər səslədi:
— “Ay ana, qabaqda erməni postu var, getmə!”
O isə cavab vermədi… Yalnız addımlayırdı.
Əlində Qurandan bir dua, dilində oğul adı…
Birdən səma guruldadı — düşmən atəşi başladı.
O güllənin biri gəlib Firəngiz ananın sinəsinə sancıldı.
Əllər uzandı, insanlar qaçdı, amma həyat onu saxlaya bilmədi.
Ana, oğlunu görmədən, torpaq kimi sükutla susdu.
Əlixan kişi isə cəbhədən qayıdandan qırx gün sonra aldığı yaralardan keçindi.
Beləcə, bir ailənin iki dirəyi — Vətən yolunda sındı.
Bu hekayə, sadəcə bir kənd qadınının taleyi deyil.
Bu, Azərbaycan analarının hekayəsidir —
o analar ki, cəbhəyə ərzaq aparmaq üçün deyil, övladını tapmaq üçün gedirdi…
O analar ki, ölümü gözə alıb, Vətənə ana kimi baş əydi.
Firəngiz ana Zahidi tapa bilmədi, amma bu torpaq — onun yerinə onu tapdı, adını Azərbaycanın yaddaşına yazdı.
Vüsal Başaratvi