Cümə axşamı, Avqust 27, 2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Analitika

TDT dövlət başçılarının Bişkek Zirvə görüşü

08 Noyabr, 24 / 23:15
Analitika, Manşet, Siyasət
A A

Azərbaycan Respublikasının xarici siyasət kursunda, Türk dövlətləri ilə olan mehriban əlaqələrin və dostluq münasibətlərinin inkişafı, Türk dünyasının nüfuzunun beynəlxalq arenada gücləndirilməsi, ölkərarası münasibətlərin ən yüksək səviyyəyə çatdırılması xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin bu xarici siyasi strategiyası bizə dahi Ulu Öndər Heydər Əliyevdən miras qalmışdır. Ulu Öndər dövlətimizin xarici siyasət strategiyasını formalaşdırarkən türk dövlətləri ilə əlaqələri hər zaman prioritet hesab etmiş və türk dövlətləri arasında münasibətlərin möhkəmlənməsinə şəxsən töhfələr vermişdir. Ümumilli liderimiz Heydər Əliyevin siyasi irsinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə böyük səylər göstərmiş, bütün bunları dövlətimizin xarici siyasətinin başlıca prioriteti kimi diqqət mərkəzində saxlamışdır.
Türk xalqlarının dostluğunun, qardaşlığının möhkəmlənməsində Türk Dövlətləri Təşkilatının rolu həqiqətən də çox böyükdür. 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan arasında imzalanan Naxçıvan müqaviləsi ilə türk dünyasının siyasi gücünə və birlik rəmzinə çevrilmiş təşkilatın təməli məhz bizim ölkəmizdə atılmışdır.
2021-ci ilin noyabrında İstanbulda keçirilən və təşkilatın sonrakı inkişafında mühüm rol oynayan Zirvə görüşündə qurumun adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından Türk Dövlətləri Təşkilatına dəyişdirilmişdir. Elə həmin Zirvə görüşündə Prezident İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilmişdir. Bu təltif cənab Prezidentin Azərbaycanın Şuraya sədrlik etdiyi 2019-2021-ci illərdə təşkilatın fəaliyyətinin gücləndirilməsinə, təşkilata üzv dövlətlər arasında dostluğun, qardaşlığın daha da möhkəmləndirilməsinə dair gördüyü işlərin layiqli mükafatı idi. Azərbaycanın təşkilata sədrliyi həm İkinci Qarabağ Müharibəsinin olduğu dövrə, həm də bütün dünyanı bürüyən pandemiya dövrünə təsadüf etməsinə baxmayaraq olduqca uğurlu keçmişdir.
Cari ilin 6 noyabr tarixində Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirildi. Bu Zirvə görüşü çərçivəsində “ Türk Dövlətlər Təşkilatına üzv dövlətlərin Mərkəzi Banklar Şurasının yaradılması haqqında” memorandum imzalandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tədbirdə iştirak etdi.
Dövlət başçısı Zirvə görüşü çərçivəsində çıxış etdi. Cənab Prezident çıxışına bu il təşkilatın əsasını qoymuş Naxçıvan Sazişinin 15 – ci il dönümü olduğunu iştirakçılara xatırladaraq başladı. Eyni zamanda cənab Prezident cari ilin iyul ayında Şuşa şəhərində keçirilmiş dövlət başçılarının qeyri – rəsmi Zirvə görüşündən də bəhs etdi. Şuşa şəhərində imzalanan Qarabağ Bəyannaməsi təşkilatın üzv ölkələrinin əməkdaşlığını daha da genişləndirmək və TDT – nin kollektiv iqtisadi – maliyyə strategiyasını formalaşdırmaq niyyətindədir.
Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi, sərmayə qoyuluşu, enerji, nəqliyyat və logistika sahəsində münasibətləri daim inkişaf edir. Nəzərə alsaq ki, təşkilatın tərkibində Türk İnvestisiya Fondu fəaliyyət göstərir, əminliklə deyə bilərik ki, təşkilat həm də iqtisadi qurum kimi fəaliyyət göstərir. Azərbaycan, Türk Dövlətləri Təşkilatının hədəflərinin həyata keçirilməsi üçün maliyyə dəstəyi göstərərək təşkilatın inkişafına töhfə verir. Bu maliyyə dəstəyi, həm təşkilatın Katibliyinə, həm də Ağsaqqallar Şurasına ayrılaraq onun potensialını gücləndirməyə yönəlibdir.
Dövlət başçısı çıxışında Azərbaycanın, Türk Dövlətləri Təşkilatı ölkələri ilə təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığını genişləndirməsindən də bəhs etmişdir . Hərbi təlimlərin keçirilməsi və müdafiə sahəsində təhsil imkanlarının artırılması ilə ölkələr arasında dostluq və etimad əlaqələri güclənir.
Azərbaycan, Şərq-Qərb nəqliyyat dəhlizində tranzit daşımalarının artmasına şərait yaradaraq, bu sahədə sərmayələrini artırır. Dəhlizin rəqəmsallaşdırılması və logistika xərclərinin azaldılması ilə regiondakı nəqliyyatın səmərəliliyini yüksəltmək məqsədi güdülür.
Prezident İlham Əliyev çıxışında qardaş türk dövlətlərinin Qarabağın yenidən qurulmasında iştirakı və Böyük Qayıdış Proqramının həyata keçirilməsində bizə dəstəyini xüsusi qeyd etmişdir. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin tikilməsi, Özbəkistanın Prezidentinin təşəbbüsü ilə Füzuli şəhərində məktəb inşa olunması, Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Ağdam rayonunun Xıdırlı kəndində orta məktəb binası inşa edilməsinə başlanması, Macarıstanın Prezidentinin maliyyə dəstəyi ilə Cəbrayıl rayonunda inşa ediləcək məktəb əsl dostluq nümunələridir. Çünki bu dəstək bizim üçün hər şeydən öncə böyük mənəvi əhəmiyyət daşıyır. Qardaş türk dövlətləri hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanımış, haqq mübarizəmizdə yanımızda olmuş və xalqımızın böyük Zəfərinə bizimlə birgə sevinmişlər.Vətən Müharibəsində qazandığımız qələbə təkcə ölkəmizin deyil, bütünlükdə türk dünyasının qələbəsi olmuşdur.
Cənab Prezident Zirvə görüşü zamanı yaxın günlərdə Azərbaycanın ev sahibliyi edəcəyi COP 29 iqlim konfransı ilə bağlı da geniş məlumat verdi və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bu tədbirin fəal iştirakçısı olacaqlarına əminliyini bildirdi.
Prezident İlham Əliyevin Bişkekdə Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə etdiyi çıxış, Azərbaycanın qardaş dövlətlərlə həmrəyliyini, regional əməkdaşlıqda fəal rolunu və Türk dövlətlərinin birgə gücünün daha da möhkəmlənməsi məqsədini bir daha nümayiş etdirdi. Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı fəallığı, yalnız ikitərəfli münasibətlərin deyil, eyni zamanda ümumi mənafeyə xidmət edən regional və qlobal proseslərin formalaşmasında əhəmiyyətli rol oynayır. Şübhəsiz ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ilə Azərbaycan, Türk dünyasında daha aydın və güclü bir yol xəritəsi çəkməyə davam edəcəkdir.

Ziyafət Əsgərov
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini.

BƏNZƏR XƏBƏRLƏR

Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun anım mərasimi keçirilib
Hərbi

Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun anım mərasimi keçirilib

2026/08/22 16:15
0
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Cəmiyyət

Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

2026/08/17 14:04
59
Baş prokuror Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Meyi qəbul edib
Cəmiyyət

Baş prokuror Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Meyi qəbul edib

2026/08/14 11:42
3
Lənkəranda meşə ərazisində iki şəxsin meyitinin aşkar edilməsi faktı üzrə cinayət işi başlanıb
Kriminal

Lənkəranda meşə ərazisində iki şəxsin meyitinin aşkar edilməsi faktı üzrə cinayət işi başlanıb

2026/08/12 14:53
2
Müdafiə Nazirliyinin rəhbərliyi ƏÜO-nun hərbi hissələrində olub
Hərbi

Müdafiə Nazirliyinin rəhbərliyi ƏÜO-nun hərbi hissələrində olub

2026/08/12 10:43
1
Uşaqların avtomobildə daşınması zamanı valideynlərin və sürücülərin üzərinə böyük məsuliyyət düşür – BDYP
Cəmiyyət

Uşaqların avtomobildə daşınması zamanı valideynlərin və sürücülərin üzərinə böyük məsuliyyət düşür – BDYP

2026/08/12 9:30
0

Stay Connected test

  • 24k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

Sentyabr 17, 2025
Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya  etiketi vurulub

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya etiketi vurulub

Oktyabr 9, 2025
Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Sentyabr 2, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

Nəsimi rayonunda oğurluq edən 3 şəxs saxlanılıb

Motosiklet qaçıran və oğurluq edən şəxslər saxlanılıblar

Avqust 25, 2026
Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Avqust 25, 2026
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

Avqust 25, 2026
Polis Bakıda çalışdığı evdən 50 min manat dəyərində oğurluq edən şəxsi saxladı

Sabunçu rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Avqust 25, 2026

Recent News

Nəsimi rayonunda oğurluq edən 3 şəxs saxlanılıb

Motosiklet qaçıran və oğurluq edən şəxslər saxlanılıblar

Avqust 25, 2026
0
Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Avqust 25, 2026
0
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

Avqust 25, 2026
0
Polis Bakıda çalışdığı evdən 50 min manat dəyərində oğurluq edən şəxsi saxladı

Sabunçu rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Avqust 25, 2026
0
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In