Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, qəza səbəbindən hazırda Heydər Əliyev prospekti istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.