DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsi Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə “Xaş-xaş 2024” planına uyğun olaraq tədbir keçirilb. Tədbir zamanı Yenikənd kəndi ərazisində yabanı halda bitən 1 ton çətənə bitkisi toplanılaraq məhv edilib.