Bazar, Aprel 19, 2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Analitika

Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edən partiyadır

20 Noyabr, 24 / 17:51
Analitika, Siyasət, Səhiyyə
A A

Azərbaycanın son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə Yeni Azərbaycan Partiyası yarandı. Ölkənin gələcək taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Azərbaycan xalqının sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
Müasir Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq ulu öndərə müraciət edən Azərbaycan ziyalılarının cəsarətli addımları ilə dağıdıcı proseslərin qarşısı alındı. Xalqımızın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu öndər Heydər Əliyev həmin müraciətə cavab olaraq bildirdi ki, “müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
21 noyabr 1992-ci il tarixində YAP-nın təsis konfransı Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Bundan əlavə, konfransda ümummilli lider Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Həmçinin, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Nəhayət ki, müasir və müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Təsis olunduğu gündən Yeni Azərbaycan Partiyası siyasi meydanın lideri və cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə YAP qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ümummilli lider cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Fəaliyyət göstərdiyi 32 illik müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. YAP Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyətə başladı. YAP müxalifət partiyası kimi yaransa da, onun hakimiyyətə münasibətdə tutduğu mövqe konstruktiv xarakter daşıyırdı. Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin siyasi mirasının müzəffər davamçısı olaraq Yeni Azərbaycan Partiyasının 26 mart 2005-ci il tarixində keçirilmiş III qurultayında partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçildi. YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır.
YAP ötən 32 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiyadır. Hazırda YAP yeni zirvələrə doğru inamla addımlayır. 5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Həmin təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.
YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Dövlətin və cəmiyyətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Azərbaycanın siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər ölkəmizə çoxlu sayda tərəfdaş qazandırıb.
Dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biri siyasi dialoqun inkişafıdır. Azərbaycanda aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. VII qurultayda qəbul olunmuş qərarlar partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

BƏNZƏR XƏBƏRLƏR

Azərbaycan–Slovakiya əməkdaşlığında yeni dinamika
Siyasət

Azərbaycan–Slovakiya əməkdaşlığında yeni dinamika

2025/12/10 10:02
27
Laçın şəhərinin strateji və mədəni əhəmiyyəti
Siyasət

Laçın şəhərinin strateji və mədəni əhəmiyyəti

2025/12/01 16:01
26
Kəlbəcərin dirçəlişində strateji yol xəritəsi və gələcək perspektivlər
Manşet

Kəlbəcərin dirçəlişində strateji yol xəritəsi və gələcək perspektivlər

2025/11/25 11:18
20
“Yeni dövlət prioritetlərinin analizi”- Fərid Mustafayev
Siyasət

“Yeni dövlət prioritetlərinin analizi”- Fərid Mustafayev

2025/11/17 9:20
12
Qürurumuzun əbədi simvolu
Siyasət

Qürurumuzun əbədi simvolu

2025/11/07 11:32
23
Azərbaycan–Qazaxıstan münasibətlərinin yeni mərhələsi və regional sabitliyin möhkəmlənməsi
Siyasət

Azərbaycan–Qazaxıstan münasibətlərinin yeni mərhələsi və regional sabitliyin möhkəmlənməsi

2025/10/25 11:16
17

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

Sentyabr 17, 2025
Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya  etiketi vurulub

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya etiketi vurulub

Oktyabr 9, 2025
Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Sentyabr 2, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

Polis Bakıda çalışdığı evdən 50 min manat dəyərində oğurluq edən şəxsi saxladı

Avtomobildən oğurluq edən şəxs saxlanılıb

Aprel 18, 2026
Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”

Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”

Aprel 18, 2026
Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

Aprel 18, 2026
BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

Aprel 18, 2026

Recent News

Polis Bakıda çalışdığı evdən 50 min manat dəyərində oğurluq edən şəxsi saxladı

Avtomobildən oğurluq edən şəxs saxlanılıb

Aprel 18, 2026
0
Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”

Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”

Aprel 18, 2026
35
Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

Aprel 18, 2026
0
BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

Aprel 18, 2026
0
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In