“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, TABİA Groupun və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 3-cü həftəsində də maraqlı və əyləncəli anlar yaşanıb.
Hoteldaxili əyləncə, futbol və voleybol, parkur və hovuz saatlarında uşaqlar xoş vaxt keçirib, birgə mübarizə şəklində güclərini sınaqdan keçiriblər. Onlar kulinariya ilə bağlı ustad dərsində dadlı təamlar hazırlayıb, rəqslə bağlı dərsdə bu sahənin biliklərini təcrübi olaraq nəzərdən keçiriblər.
“ABAD”ın ustad dərsində və “Booo.az” şirkəti tərəfindən təşkil olunan komanda quruculuğu oyunlarında uşaqlar həm fərdi olaraq, həm də birgə çalışaraq yeni məhsullar hazırlayıb, bir-birlərinə dəstək olublar.
“Dayaq Xeyriyyə”nin “Sevgiilə” stomatoloji layihəsi çərçivəsində “Ağız boşluğu gigiyenası” mövzusunda, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin isə “İnnovativ ideya: böyük ixtiralar balaca xəyallardan başlayır” mövzusu üzrə təlimdə yeni informativ məlumatlar iştirakçılara təqdim olunub.
Düşərgə çərçivəsində Məhəmməd Əlizadənin doğum günü də qeyd olunub.
ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə baş tutan konsert proqramında estrada ulduzları Murad Arif, Xatun, Elvin Babazadə və Təhmin Vəlizadə müxtəlif ifalarını səsləndirərək uşaqlarla xoş vaxt keçiriblər.
Həftənin yekunu ilə bağlı təşkil olunan mərasimdə “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynovun iştirakı ilə uşaqlara hədiyyələr təqdim olunub.
Tərəfdaşlar: TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotel;
Sponsorlar: NEQSOL Holding, Bakcell, Norm, AMO Corporate Group, GILTEX MMC, Nar, DTİK, DadHouse;
Dəstəkçilər: “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “PAŞA Həyat”, “Azərbaycan Hava Yolları” QSC, “Badamlı Mineral Suları”, Azərbaycan İncəsənət Məktəbi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Milla, Dayaq Xeyriyyə, ‘’Libraff’’ kitab mağazaları şəbəkəsi, booo.az
Media dəstəyi: ASAN Radio/TV