Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxil olan məlumat əsasında Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 56 yaşlı İ.Əliyev və 38 yaşlı S.Xəlilzadə saxlanılıblar. Onlardan psixotrop maddə metamfetamin, narkotik vasitə olan marixuana və tiryək aşkarlanıb.
Araşdırmalar aparılır.