Azərbaycan Respublikasının Milli Qəhrımanı QURBANOV VAQİF BƏXTİYAR OĞLU

Vaqif Qurbanov 1967-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Borisoqlebsk Pilot Məktəbinə daxil olub. Məzun olduqdan sonra Sovet Ordusunda xidmət edib və baş leytenant rütbəsinə yüksəlib. Xidmətə Sitalçayda (Xızı rayonu) 80-ci Aviasiya Alayında başlayıb.
8 aprel 1992-ci ildə 25 yaşlı baş leytenant Vaqif Qurbanov iki azərbaycanlı – təyyarə texniki leytenantı Mamedov və təyyarə mexaniki gizir Quliyevin köməyi ilə Sital-Çay aerodromundan qalxmaq üçün Su-25 hücum təyyarəsini havaya qaldırdı və onu mülki Yevlax aerodromuna apardı.
Rusiya rəhbərliyi dərhal təyyarənin geri qaytarılmasını tələb etdi. Daha sonra Rusiya Müdafiə Nazirliyi qaçan təyyarənin məhv edilməsi əmrinin verildiyini bildirdi və 1992-ci ilin aprelində Gürcüstanın Vaziani aerodromunda yerləşən 982-ci Qırıcı Aviasiya Alayı Azərbaycan hücum təyyarəsini ələ keçirmək üçün iki MiQ-23 təyyarəsini daim hazırlıq vəziyyətində saxlamaq əmri verir.
Təyyarənin hara endirildiyi, kimin əlinə keçdiyi Rusiyaya bəlli deyildi. Sovet Ordusunun Cənubi Qafqaz Hərbi Dairəsinin komandanlığı qaçırılmış təyyarə barədə axtarış elan etdi. Amma heç kimin ağlına belə gəlməzdi ki, döyüş təyyarəsi Bakıdan 300 km uzaqlıqdakı Yevlaxda gizlədilə bilər. Çünki Yevlax aerodromuna hücum təyyarələrinin bazalaşdırılması ağlasığmaz idi. Ona görə ki aerodrom lazımi uzunluqda uçuş-eniş zolağına malik deyildi.
Öz Su-25-i ilə Qarabağ səmasında ilk dəfə 1992-ci il mayın 8-də – Şuşa şəhəri ermənilər tərəfindən işğal olunan gün görünən V. Qurbanov mayın 8 və 9-da Xankəndində və ətraf erməni kəndlərində erməni silahlılarının cəmləşdiyi nöqtələrə sərrast zərbələr endirir.
İlk uçuşlarında düşmənin 30 nəfər canlı qüvvəsini məhv edir, 120 nəfər isə yaralanır. Mayın 9-da V. Qurbanov Laçın üzərində Xankəndindən Ermənistana yaralı erməni silahlılarını daşıyan YaK-40 təyyarəsinə hücum edərək onu atəşə tutur.
Sisyanda qəza enişi edən təyyarədən bütün sərnişinlər xilas edilsə də hava gəmisi tamamilə yanaraq yararsız vəziyyətə düşür. Ermənilər sonradan həmin təyyarədə “dinc sakinlərin” olduğunu bəyan etsələr də, həmin dövrdə Ermənistanda və Rusiyada nəşr olunan qəzetlər V. Qurbanovun hücumuna tuş gələn YaK-40-da Qarabağdakı əməliyyatlarda yaralanmış erməni və rus hərbçilərinin olduğunu yazıblar.
Erməni KİV-ləri özləri də V. Qurbanovun qəhrəmanlığından bəhs etmək məcburiyyətində qalırlar.
Ermənistana məxsus hərbi saytlardan biri yazır: “Qurbanovun Əsgəranda Şoş, Xramort və Verinşendə onun hücumları zamanı çoxsaylı itkilər oldu”.
Dünyanın müxtəlif regionlarında baş vermiş müharibələrdə hərbi aviasiyanın tətbiqi barədə analizlər yayımlayan Airwar.ru saytı isə V. Qurbanovun hava döyüşləri barədə “qorxmaz pilot erməni separatistləri dəhşətə salırdı” deyə yazır.
V. Qurbanovun son döyüşü 1992-ci il iyunun 13-də olur. Ağdərə əməliyyatı başlanmasından bir gün sonra həyata keçirilən həmin uçuş zamanı V. Qurbanov Əsgəranda yerləşən erməni bölmələrinə havadan zərbələr endirərək düşmənin çoxsaylı canlı qüvvəsini və silah anbarını məhv edir. Lakin geri qayıdan təyyarə düşmən zenitçiləri tərəfindən vurulur.
O gündən bu günə qəhrəman pilotun taleyi barədə heç bir məlumat yoxdur. Bəzi hərbçilər katapult edilən V. Qurbanov özü də elə havada ikən düşmən snayperinin gülləsinə tuş gəldiyini, bəziləri isə onun yaralı halda ermənilər tərəfindən əsir götürülüb diri-diri yandırılmasını iddia edirlər.
Bir versiyaya görə Onu Cövhər Dudayevin vəziyyətində olduğu kimi, xüsusi aşkarlama və məhvetmə sistemlərindən istifadə edərək Rusiya qüvvələri tərəfindən vurulub. Qurbanovun Su-25 təyyarəsi bu gizli texnologiyalara qarşı müdafiəsiz idi.
Bir versiyaya görə onu yerdən Rusiyanın o dövr üçün müasir silahı vasitəsilə vurulur.
Deyilənə görə ermənilər onun cəsədini o zaman Beyrutdan gələn və Azərbaycan tərəfdə əsir olan erməni terrorçu ilə dəyişmək təklifi edirlər, lakin o dövrdə MN-də müəyyən adamlar buna razı olmurlar.
Prof.Dr.Zaur Aliyev



















