Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə və təbliğat işləri ölkə ərazisində davam etdirilir.
Ombudsmanın təşəbbüsünə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi də qoşulub. Belə ki, Agentlik ilə əməkdaşlığın nəticəsi olaraq açıq məkandakı reklam lövhələrində maarifləndirici posterlərin yayımı təmin olunub.
Bir daha hər kəsi uşaqların hüquqlarına hörmətlə yanaşmağa və onların müdafiəsinə yönəlmiş təşəbbüslərə fəal şəkildə dəstək verməyə çağırırıq.



















