29 iyul 2025-ci il tarixində ölkəmizdə səfərdə olan Türkiyə Jurnalistlər Cəmiyyətinin nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib, hazırda Azərbaycanın bu intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.
Media nümayəndələri Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in onlarda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıblar.
Həmçinin nümayəndə heyətinə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, “ABAD” publik hüquqi şəxsin və ASAN TV/Radionun fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.