Haqq.az xəbər verir ki, hadisə Baş Şirvan kollektorunun şəhər ərazisindən keçən hissəsində baş verib.
Hadisə şahidlərinin iddiasına görə , Elvin Ağayev kollektorun üzərindəki körpü yaxınlığından özünü suya atıb. Onun oğlu, Mirmövsüm Ağayev isə atasını xilas etməyə çalışarkən özü də suda itib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində axtarış-xilasetmə işlərini davam etdirir.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri hüquq-mühafizə orqanlarının yoxlamalarından sonra müəyyən olunacaq.
Mirsahib Rahiloğlu