Konstitusiya və Suverenlik İli çərçivəsində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında “Beyin ölümü və böyrək transplantasiyası: müasir baxış” mövzusunda elmi simpozium keçirilmişdir.
Haqq.az xəbər verir ki,bu barədə xəstəxananın direktoru Natiq Əliyev öz sosial şəbəkə hesabında paylaşım edib:

Elmi simpozium Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TƏBİB, Böyrək Transplantasiyası Sahəsində Mütəxəssislər Assosiasiyası və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Elmi simpoziumun təşkilində xüsusilə əziz və çox dəyərli dostum t.e.d., Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsinin Elmi-Təcrübə Mərkəzinin rəisi, Böyrək Transplantasiyası Sahəsində Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin sədri Rəşad Şolana, eləcə də əziz və dəyərli t.e.d., professor, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Nefrologiya kafedrasının müdiri, Böyrək Transplantasiyası Sahəsində Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin üzvü Fuad Sərdarlıya başda olmaqla, bütün məruzəçilərimizə və iştirak edən həmkarlarımıza dərin təşəkkürümüzü bildiririk.
Bu cür tədbirlər Şamaxı səhiyyəsinin inkişafında xüsusi əhəmiyyət daşıyır, regionda müasir bilik və bacarıqların artırılmasına, həmkarlar arasında elmi və praktik məlumat mübadiləsinin güclənməsinə xidmət edir. Bu isə səhiyyənin davamlı inkişafı üçün olduqca mühüm amildir.
Bir daha tədbirdə iştirak edən hər bir həmkarımıza təşəkkürümüzü bildiririk.


























