Haqq.az xəbər verir ki,Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları uşaqlara təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə şəhər 3 saylı tam orta məktəbdə maarifləndirmə xarakterli görüş keçiriblər.
Çıxış edən polis əməkdaşları yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində görülən işlər, qarşıda duran vəzifələrdən danışıb, bu sahədə uşaq və yeniyetmələr arasında məsuliyyət hissinin daha da gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Həmçinin görüşdə məktəblilərin yol hərəkəti təhlükəsizliyinin təbliğinə həsr etdikləri səhnəcikləri nümayiş olunub, onların sualları cavablandırılıb.