Haqq.az xəbər verir ki, Saatlı rayon polis şöbəsinin DYP bölməsinin əməkdaşları rayon ərazisində məktəblilərlə “DİQQƏT UŞAQLAR” tədbirləri keçirib.
Şağirdlərə işıqforun işıqları,piyada keçidlərindən nə zaman, necə keçmək olar praktiki şəkildə öyrədilib.
Qeyd edək ki,rayon DYP bölmə rəisi kapitan Ramil Rəcəbov və əməkdaşlarının məktəblilərə yol hərəkəti qaydaları ilə bağlı tədbirləri bütün rayon ərazisindəki məktəblərdə davam edəcək