Bazar, Sentyabr 14, 2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Maraqlı

“Şərq və Qərbi birləşdirən Ordubadın Dəstə kəndi”- Zaur Əliyev

29 İyul, 25 / 15:16
Maraqlı
A A

“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin sədri, əziz dostum, Emin Tarverdiyev bir neçə müddət öncə Ordbuad şəhərində layihə çərçivəsində keçiriləcək tədbirə dəvət edəndə uzun illər xəyalında olduğum Naxçıvan və onun əsrarəngiz abidlərini, xüsusilə Əlincə qalasını görmək, qədim əlyazmalarda qeyd edilən və bu günə qədər açılmayan mövzuları özüm görmək üçün bir şans yarandığını və Tanrının üzərimə qoyduğu missiyası olduğunu anladım və dərhal hazırlıqlara başladım. Sağ olsun dostum məni əsrarəngiz yerlərə yorulmadan apardı və bu barədə silsilə yazılar olacaq.

İlk yazım isə Ordubadın tarix boyu Şərq və Qərb adətlərinin birləşdiyi Dəstə kəndi barədədir. Ordubad rayon mərkəzindən 12, Naxçıvan şəhərindən, təxminən, 60 kilometr məsafədəki Dəstə kəndi ayrılıq çayı Arazın sol qolu Vənəndçayın sağ sahilində yerləşir.

Bu kənd barədə İslamın Azərbaycanda yayılmasından bir əsr sonra ərəb müəlliflərindən birinin əlyazmasında yazılır. Xəlifə Naxçıvandan gələcək olan əmirlərdən birinə onun üçün Dəstə əriyi və Ordubadın Hülü şəftəlisinin gətirilməsini tapşırır.

Bu əlyazma onu sübut edir ki, kəndin tarixi qədim dövlərə gedib çıxır. Çox təəssüf ki, burada arxeoloji qazıntılar aparılmadığı üçün dəqiq yaşı söyləmək mümkün deyil, lakin rats gəldiyim abidələr və tikililər göstərir ki, Dəstənin tarixi kifayət qədər qədim olub və o tarixi bir inkişaf yolu keçib.

Dəstə kəndinin tarixi əhəmiyyəti barədə, elə burda anadan olan tanınmış şair Hüseyn Razi yazır “Elə bir yerdə məskən salmışam ki, Arazın sahilləri boyunca Babəkin, Atabəylərin, Səfəvilərin ayaq izlərini saxlamış qranit sədlər var”

Rast gəldiyim ilk qədim yollar, evlər və dini ibadət yerləri idi. Kəndin yaşlı insanları deyir ki, burada Sahib əz-Zaman məscidi, Şingiləy məscidi, Hacı Allahverdi məscidi və Meydan məscidi var, lakin ən qədimi Şingiləy məscidir ki, üzərində “XI əsr məscidi” sözləri həkk olunan kitabə də var.

Dəstə kəndinin adının mənası ilə bağlı uzun zamandır yanlış bir düşüncə var. Guya oykonim fars dilindəki dəstə sözündən olub, “kənd, bağ, mülk” deməkdir. Hesab edirəm ki, bu yanlışdır.
Azərbaycan dilinin dialektlərində “Dəstəma” sözü var, mənası isə “ Su arxı” deməkdir. Kəndin ərazisində Dəstə bulağının olmasını əsas götürən bəzi tədqiqatçılar ehtimal edir ki, kənd öz adını elə bu bulaqdan alıb.

Lakin mənim qənaətim başqadır. Tarix göstərir ki, yaşı ən azı 3 min ildən çox olan Ordubadı qədim yunanlar (burda məzarlığı da var) sasanilər, ərəblər və digər işğalçılara qarşı mübarizə aparıblar və onlara qarşı formalaşan dəstələr məhz bu kənd ərazisinə gəlib birləşib ordu olmaların səbəb olduğu üçün Dəstə adını alıb.

Yerli sakinlər kəndin ərazisində Xanagahlar olduğunu bildirir və bu göstərir ki, Sufizmin təbliğatçıları burada yaşayıblar.

Kəndin aurası ilk andan insanı valeh edir. Qərb və Şərq geyimli insanları, qədim və müasir memarlıq abidələri, düşüncə azadlığı və inancın qorxu üzərində deyil, sevgi əsasında mövcudluğu və mental adətələr insanın burda bir əsrarəngiz atmosferə düşdüyünü hiss etdirir.

Bizi qonaq edən, 200 ildən çox yaşı olan bir qədim evdə yaşayan 89 yaşlı Leyla nənə bizə çay süfrəsi açıb və üzüm dərir. Nənə danışır ki, “Kəndin mental adətləri bu günə qədər də az da olsa qorunur. Əvvələr kəndə ailə qurmaq istəyən gənc sevdiyi qız üçün örpək yaxud çadra göndərirdi ki, bütün cavanlar bilirdilər və ona öz gəlinləri kimi baxırdılar. Çox az halda qıraqdan ailə quran gənclər eyni zamanda yaşlı insanların sözlərindən çıxmazdı. Hüzr yeri düşəndə də, xeyir işi olanda da Kəndin sakinləri birlik olub hüzr yaxud toy sahibinə böyük dəstək olurdular”

Kəndi gəzdikcə yaşlı, gənc və uşaqların bizə qarşı qonaqpərvərliklərindən isə yazmaqla bitirmək olmaz. Möhtəşəm insanlara rast gəldikcə hamı səni doğman kimi qəbul edir, evinə dəvət edir, qonaq etməyə çalışır. Yaşlı insanlara salam verəndə qədimyanə salam almaları isə ayrı bir qürur yaşadır insana.

Şərq və Qərbin kəsişdiyi Dəstə kəndini tərk etmək çətin oldu. Mən Dəstə kəndindən çıxsam da, kənd məndə əbədi yaşayacaq. Zaman olsun birdaha uzun müddətli səfər edib kəndin tarixi abidələrini bir bir öyrənəcəm

Prof.Dr.Zaur Aliyev

BƏNZƏR XƏBƏRLƏR

Nəfs şahı köləyə çevirər, səbr isə köləni şah edər
Maraqlı

Nəfs şahı köləyə çevirər, səbr isə köləni şah edər

2025/09/01 16:33
22
Çanaqqalanın sualtı irsi dünya gündəmində
Maraqlı

Çanaqqalanın sualtı irsi dünya gündəmində

2025/09/01 12:50
2
Qərbi Azərbaycanda erməniləşdirilməsi davam edən abidələrimiz
Maraqlı

Qərbi Azərbaycanda erməniləşdirilməsi davam edən abidələrimiz

2025/08/29 14:37
2
“Qədim Qazançı tayfasına məxsus Alban kilsəsi”- Zaur Əliyev
Maraqlı

“Qədim Qazançı tayfasına məxsus Alban kilsəsi”- Zaur Əliyev

2025/08/20 15:12
1
ƏLİNCƏ qalasının sirri – “Birinci yazı: Yeraltı yollar”
Manşet

ƏLİNCƏ qalasının sirri – “Birinci yazı: Yeraltı yollar”

2025/07/30 16:24
18
“Amazoniya-Azərbaycanda qadın dövləti “- Zaur Əliyev
Maraqlı

“Amazoniya-Azərbaycanda qadın dövləti “- Zaur Əliyev

2025/07/18 16:39
10

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

Dekabr 23, 2024
Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Oktyabr 4, 2024
Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Sentyabr 2, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

Ələt-Astara yolunda avtoqəza ölümlə nəticələndi

Ələt-Astara yolunda avtoqəza ölümlə nəticələndi

Sentyabr 14, 2025
Xırdalanda yanğın qısa müddətə söndürüldü-FHN(fotolar)

Xırdalanda yanğın qısa müddətə söndürüldü-FHN(fotolar)

Sentyabr 13, 2025
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Sentyabr 13, 2025
Toy karvanında qaydaları pozan şəxslər saxlanılıb

Toy karvanında qaydaları pozan şəxslər saxlanılıb

Sentyabr 13, 2025

Recent News

Ələt-Astara yolunda avtoqəza ölümlə nəticələndi

Ələt-Astara yolunda avtoqəza ölümlə nəticələndi

Sentyabr 14, 2025
0
Xırdalanda yanğın qısa müddətə söndürüldü-FHN(fotolar)

Xırdalanda yanğın qısa müddətə söndürüldü-FHN(fotolar)

Sentyabr 13, 2025
0
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Sentyabr 13, 2025
0
Toy karvanında qaydaları pozan şəxslər saxlanılıb

Toy karvanında qaydaları pozan şəxslər saxlanılıb

Sentyabr 13, 2025
0
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In