Yasamal rayon MKS-nin 3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarova erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarından biri əsgər 2002-ci il təvəllüdlü Qarazadə Nicat Malik oğlunun anım günü ilə əlaqədar ev muzeyini ziyarət edib.

O, şəhidin anasına başsağlığı verərək Allahdan səbr diləyib.Şəhidin anası Nuridə xanım oğlu haqqında xatirələrini bölüşüb.

Ermənistan silahlı qüvvələrinin bölmələri 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecədən başlayaraq Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində geniş miqyaslı təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, 12-14 sentyabr döyüşləri zamanı Azərbaycan Ordusunun 80 hərbi qulluqçusu şəhid olub, 282 döyüşçümüz isə yaralanıb.
Azərbaycan Ordusu düşmənə layiqli cavab verib.Sərhəddə baş verən hərbi toqquşma nəticəsində Ermənistan silahlı qüvvələri ciddi itkilərə məruz qalıb.


Ravin Həsənov



















