Rusiyanın dünyada güclü olmasında yüzlərlə azərbaycanlı alim iştirak edib.Bu günün özündə belə böyük xidmətləri olan Azərbaycanlı alimlərin adı internet resurslarında yazılmır, kitablarda qeyd edilmir. Amma buna baxmayaraq nəhəng arxivlərdə bu adlar öz şərəf yerlərini tuturlar.
Kosmik tədqiqatlardan tutmuş elmin bütün sahələrində Azərbaycan övladlarının imzası var. Kosmosa gedən bütün ruslar Azərbaycanlı Kərim Kərimovun izni ilə gedirdilərsə Rusiyanın nüvə sahəsində güclü edən şəxs də məhz Azərbaycanlı olub…
SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri məhz Qərbi Azərbaycanın Basarkeçər qəzasının Çaxırlı kəndində anadan olan Abbas Abbasəli oğlu Çayxorski idi. Kimya elmləri doktoru, professor və yeni Dövri sistemlər cədvəlinin yaradıcısı olan Abbas müəllim eyni zamanda dünyanın elm dairələrində “Atom kralı” kimi tanınır.
Qərbi Azərbaycandan ermənilərin Rusiyanın sifarişi ilə yerli azərbaycanlıları öz dədə baba torpaqlarından deportasiya edilməsi zamanı onun ailəsi əvvəlcə Ağdama, daha sonra isə Ağdaşa gəliblər. O vaxt uşaq olan Abbasın yeniyetməlik illəri də elə məhz Ağdaşda keçir.
ilk öncə sizi Çayxorski soyadı barədə maraqlandıran suala cavab verək:
Çar Rusiyası dövründə zadəganlar özlərinə doğulduğu yerlə səsləşən soyad götürürdülər. Abbas müəllimin ulu babası Çaxırlı soyadını inanclarından irəli gələrək “Çayxorlu” (“çay xoşlayan”) soyadını seçir. Lakin babası Polşaya sürgün edilir və burda da soyadı polyak sayağı formasını alır – “Çayxorski”.
Abbas Çayxorski neptunium elementinin kimyası sahəsində əvəzolunmaz tədqiqatçı olduğunu dünyanın ciddi elmi mərkəzləri səhifələrində yazırlar. (Чайхорский А.А. Химия нептуния. — М., Атомиздат, 1978)
Məhz 1970-ci ildə hazırladığı elementlərin dövri sistemi cədvəli (Mendeleyev cədvəlinin modifikasiyası) SSRİ-də radiokimya sahəsində müəllimlərin ixtisasını artırmaq fakültələrinin tədris proqramına salınmışdı.
“Bakı klubu” – Landaunun Bakıda anadan olması, Kurçatov və Çayxorskinin təhsilini Bakıda almasına görə adlandıran bü üçlük Rusiyanın nüvə ölkəsi olmasına səbəb olmuş və nəhəng Amerika ilə rəqabətdə onlara görə güclü bir mühafizə yaratmış idi..
Əlbəttə ki, nüvə reaktoru tək bir insanın əməyi deyil. İqor Kurçatov və Abbas Çayxorski birgə çalışmasına baxmayaraq elementlərin yeni dövri cədvəlinin üzərində işləməyi özü həyata keçirib və 1970-ci illərin əvvəllərində tamamlandı və rəsmi səviyyədə qəbul edildi.
Qeyd edim ki, ABŞ Yaponiya nüvə silahı atmasından üç il sonra Sovet rəhbərliyinin ağır təzyiqlərindən sonra 8 iyun 1948-ci ildə ilk sovet atom reaktoru işə salındı. SSRİ-nin öz nüvə silahını əldə etməsində ilk öncə Abbas Çayxorskinin əvəzolunmaz xidmətləri olmuşdur.
Çayxorski kimyaya yeni anlayış – beşinci kvant sayını daxil edən ilk alimdir
Faşist Rusiyası isə onun məhz Azərbaycanlı olmasına görə də Abbas Çayxorski kimi böyük xidmətləri olan bir şəxsiyyəti elmin tarixi səhifələrindən silmək üçün əlindən gələn hər şeyi edir.
1969-cu ildə Abbas Çayxorski atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə SSRİ Dövlət Komissiyasının rəhbəri təyin olunur və bu vəzifədə SSRİ-nin süqutuna qədər – 12 il qalır.
1997-ci ildə Amerikaya köçür və 2008-ci ildə, Nevada ştatının Rino şəhərində rəhmətə gedir. Amerikaya köçdüyü üçün də Rusiyanın hökumət orqanları onu bütün titullardan məhrum edirlər.
Məhz Rusiyanı güclü dövlət edən nəhəng Azərbaycanlı alim onların düşməninə çevrilir baxmayaraq ki, bu günün özündə belə yeni nüvə sınaqları onun gizli saxlanılan 96 elmi və texnoloji elmi işinə istinad edilir..
Dr. Zaur Aliyev