Bazar, Sentyabr 14, 2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

02 Sentyabr, 25 / 9:57
Cəmiyyət, Manşet
A A

Müsahibimiz tanınan, peşəkar model Rafael Abdullayevdir.

-Rafael bəy, sizi çox görmürük. Bu, şəxsi seçimdir?

Axırıncı dəfə 2017-ci ildə bir qəzetə müsahibə vermişəm. Ondan əvvəl də bir neçə dəfə müsahibələrim olub. Yəqin insanlar ya maraqlanmır, ya da görmür. Ona görə də çox həvəsli deyillər.
-Mən sizi yaxşı tanısam da, oxucularımız üçün maraqlısınız. Onlara özünüzü necə təqdim edərdiniz? Rafael Abdullayev kimdir?

İki həyat tərzi sürən insan. Biri incəsənət fədaisi, digər tərəfdən də yaşamaq üçün mübarizə aparan adi bir işçi. Bu arada tamamilə əks sahələrdə işləyirəm. İlk dəfə 2008-ci ildə keçirilən “Best Model” yarışmasında iştirak etmişəm və ilk XVI düşmüşəm. Lakin talehsiz bir hadisə baş verdi və iş yerində qolumdan yaralandım. Yarışmanı davam etdirə bilmədiyim üçün ayrıldım. Sonra High Life Academy-də modellik və aktyorluq üzrə təhsil aldım. Eyni zamanda həmin akademiyanın modeli kimi fəaliyyət göstərməyə başladım. Daha sonra başqa yerdə xoreoqraf və model kimi çalışdım. Azərbaycanda ilk dəfə 2013-cü ildə Mustafa Tayatın siması olmuşam. Ondan sonra yavaş-yavaş yolum açıldı. 50-dən çox filmdə rol aldım. Amma heç vaxt baş rol verilməyib. Bunun da səbəbi layihə rəhbərlərinə ayrılan büdcənin, məsələn, 50-100 min manatın peşəkar aktyorlara yönəldilməsi idi. Bizim təcrübəsiz olduğumuzu düşünürlər. Çox vaxt təhsilimizi belə nəzərə almırlar. Çünki bizdə modellərə ciddi yanaşmırlar, onları yetərincə qəbul etmirlər.

-Axı bizdə elə modellər var ki, baş rolda da çəkilir.

Bu gün Azərbaycanda elə model yoxdur. Bir model olub – Rüstəm Cəbrayılov. O, bəlkə də layiq olmadığı layihələrdə çəkilib, amma baş rol olsa belə, bu insanı daha yüksək və səviyyəli işlərə dəvət etmək olardı. Təəssüf ki, hazırda Azərbaycan onu itirdi.
-“Layiq olmadığı yerlər” dediniz, bununla nəyi nəzərdə tutdunuz?

Yəni bu insan, gəlin belə götürək,
Türkiyə şou-biznesində fəaliyyət göstərən modelləri götürsək, onlardan titul baxımından da, görüntü cəhətdən də və bir çox parametrlərdə üstün idi. Amma onlar kimi fəaliyyət göstərə bilmədi, onlara göstərilən dəyərin yarısını belə görmədi.
-Siz dediniz ki, başqa sahədə də çalışırsınız. Bu seçimin məcburiyyətlə əlaqəsi varmı?

Əslində, mən məcbur olmamalıyam. Amma bugünkü vəziyyət bizi məcbur edir ki, eyni vaxtda iki sahədə çalışaq. Bu isə təbii olaraq mənim az-az görünməyimə səbəb olur. Yəni, əgər bu işləri buraxıb tamamilə sənətə yönəlsəm, açıq deməliyəm ki, ac qalacam. Amma məcburam – ailəmi də, özümü də dolandırmalıyam.
-Düzünü desək, çox yaraşıqlı modelsiniz. Amma belə deyək, bir çoxları bu sahədə yaxşı mövqe tutub. Bu, nədən irəli gəlir? Kifayət qədər səy göstərməmisiniz, yoxsa necə?

Əvvəlcə onu deyim ki, mənə tələbat var. Məsələn, bir çəkiliş üçün mənə 1000 manat büdcə ayrılır, amma mənə çatana qədər bu məbləğ 200-300 manata düşür. Çünki arada hər kəs müəyyən pay götürür. Bu isə mənə sərf etmir. Çünki çəkilişə getməzdən əvvəl saç ustasına müraciət etməli, geyim təşkil etməliyəm. Azərbaycanda film və serial çəkilişlərində, demək olar ki, geyimlə təmin olunmur. Hələ çəkliş meydanına gələnə qədər yol xərcini hesaba qatmıram. Yəni mən təklif olunan qonorarın üzərindən minimum 100-150 manat xərcləməli oluram. Aldığım pul isə bu xərci güclə ödəyir.

-Rafael bəy, bəs karyeranızda minnətdar olduğunuz biri varmı?

Açığı, çox istərdim ki, kiməsə minnətdar olum, deyim ki, məni bu sahəyə gətirib, əlimdən tutub kömək edib. Amma bir nəfər də olsun bu işdə nə dəstək olub, nə də kömək göstərib. Yeganə minnətdar olduğum insan həyat yoldaşımdır. Çünki hər dəfə çəkilişə getməmişdən əvvəl geyimimə, hətta saç düzümümə qədər mənə dəstək olan odur. Elə hallar olub ki, təsdiqləndiyim obrazlardan çıxarılmışam. Buna baxmayaraq, 15-dən çox serialda çəkilmişəm. Bilirsiniz, sonuncu dəfə “Darmadağın” serialında əsas obrazlardan birini canlandırdım. Elə reklamlarda rol almışam ki, Hollivuddan çəkiliş qrupu gəlib. Azərbaycanda neçə nəfər belə reklamda iştirak edib, bilmirəm, amma mən o nadir insanlardan biriyəm. Sonra Pakistan, Qazaxıstan və İranın “Clear” reklamında əsas obrazlardan biri kimi çıxış etmişəm. Bollywood layihələrində aktyor və kaskadyor kimi iştirakım olub. Üstəlik, yüzlərlə reklam işim var. Amma insanlar məni görsələr də, çox vaxt yerli sima kimi yox, xarici sima kimi qəbul edib.
-Danışdıqlarınız məndə belə bir düşüncə yaradır ki, xaricdən gələnlər sizə üstünlük verir, lakin yerli soydaşlarımız sizi ikinci plana atır.

Bu onu göstərir ki, təcrübəsiz və savadsızdırlar. İnsanı inkişaf etdirən təkcə universitet təhsili deyil. İnsan dünyagörüşə və vizyona sahib olmalıdır ki, ətrafında və dünyada baş verən hadisələrə baxıb insanların necə irəli getdiyini görsün. Rejissorlar və kastinq direktorları bəzi şeylərə diqqət yetirməlidir. Bu gün ən inkişaf etmiş serial bazarına baxın – Türkiyə, Koreya, Hindistan və digər ölkələrdə modellərdən geniş istifadə olunur. Gözəl görünən simalara üstünlük verilir. Bizdə isə tam əks proses gedir. Kim olur-olsun – aktyor, tiktoker və ya başqa biri əsas odur ki, izləyicisi çox olsun və özünü hansısa formada təsdiqləmiş olsun. Necə təsdiqləyib, bu artıq maraqlı deyil. Hətta pis formada belə olsa, o insan üçün yol açıqdır. Sadəcə izləyicisi olsun, kifayətdir.
-Azərbaycan moda sənayesi varmı?

Azərbaycanda moda sənayesi demək olar ki, yoxdur. Bir neçə mağaza açmaqla və ya kiçik tekstil işləri ilə bu sahəni inkişaf etdirmək mümkün deyil. Ölkədə geyim brendi yaratmağa çalışan bir neçə nəfər var, amma onların fəaliyyəti əsasən sosial şəbəkə səviyyəsini aşmır. Təsəvvür edin, elə insanlar moda sahəsini təmsil edir ki, peşəkar model standartlarına uyğun gəlmir. Mən onların adını çəkməyə utanıram. Amma buna baxmayaraq, ən tanınmış modellərdən sayılırlar. Hər ikisinin boyu bir metr civarındadır. Biri qız, bir oğlandır. Əgər mən, 1.90 m boyumla onların qabağında iş tapa bilmirəmsə, demək ki, Azərbaycan xalqının, tamaşaçısının qəbul etdiyi modellər bunlardır.
-Deyə bilmərik ki, Azərbaycan xalqı bunu belə qəbul edib. Əslində onları bizə belə qebul etdiriblər.

Bu fikirlə razı deyiləm. Biz də sosial şəbəkələrdə aktivik, paylaşımlar edirik, gizlənmirik. Amma insanların bizi görmək istəməməsi və ya qəbul etməməsi kimi bir problem var. Təəssüf ki, bu, təkcə modaya aid deyil. Azərbaycan musiqi və kino sənayesində də oxşar vəziyyət hökm sürür. Qeyri-ciddi işlər daha çox reytinq qazanır, ciddi işlər isə arxa planda qalır. Mənim xarakterim isə qeyri-ciddiliyə uyğun deyil və buna görə də bu yolla irəliləməyi seçmirəm.
-Görürəm ki, oğlunuz Nurxan da sizin yolunuzu davam etdirir. Yaxın zamanlarda bir yarışmada iştirak edib hətta uğur qazanıb.

Oğlum özünü bu sahədə çoxdan görürdü. Peşəkar model olduğum üçün onun bu işdə yetərli potensiala malik olduğunu görürdüm. O, bu yarışmaya qədər əvvəlcə “Vətən Nəğməsi”adlı bir klipdə iştirak etdi və çox uğurlu oldu. İndi 12 yaşı var. Bu sahəyə qoşuldu, yarışmada çıxış etdi və birinci yerə layiq görüldü.
-Bir sözlə, bu sahədə davam etsə, ata kimi, hər zaman arxasındasınız.

Təbii ki. Mənim səhvlərimi təkrarlamasına imkan vermiyəcəm. Mən edə bilmədiyimi onun üçün edəcəyəm. Ona uyğun şərait yaradacağam ki, uğur qazansın.
-Bəs bir model kimi, xaricdən təkliflər gəlirmi?

Xaricdən çox təklif gəlib. Oturub kiminsə mənə təklif etməsini gözləməmişəm. CV-lər göndərmişəm. İtaliya, Ukrayna, Hindistan, Koreya, Gürcüstan – hamısı müsbət cavab verib və model kimi işləmək dəvəti göndərib. Elə qardaş Türkiyəyə indi gedim, qapı açıqdır.
-Bəs niyə getmirsiniz?

Mən istəyirəm ki, vətənimdə iş görüm. Bu gün də, sabah da bu belə olacaq.
-Peşəkar olaraq öz sıralarınıza kimləri aid edərdiniz? Ad çəkə bilərsinizmi?

Təzə modellərdən demək olar ki, bir nəfəri tanıyıram. Hazırda peşəkar model kimi birincilərdən biri Sirac Bəyəlizadədir. Bizim vaxtımızda isə Rüstəm Cəbrayılov, Maqsud Orucov, İlqar Əliyev və Azər Atakişiyev peşəkar modellərimizdən sayılırdı. Hazırda adını çəkdiyim modellərin bir çoxu başqa sahələrdə çalışır, çünki modelliyə lazım olan dəyər verilmir. Misal üçün, mən razılaşmadığım qonorarın yüzdə birinə razı olanlar var. Bu gün mən və dostlarım işləyə bilmirik, çünki min manata getdiyimiz çəkilişə başqaları 30 manata gedir. Sifarişçi üçün keyfiyyət və kim oynayacağı önəmli deyil. Mən bunu belə başa düşürəm. Ciddi iş görən insan bu riskə getməz. Onu da qeyd edim ki, Azərbaycanda istənilən modelin qabağını alan əsas şəxslər kast direktorları və prodüserlərdir. Çünki heç bir rejissor işində eybəcər insan görmək istəməz. Bu gün rejissorlara “model”lər təqdim olunur və onların qiyməti daha ucuz olur. Bu isə prodüserlər üçün sərfəlidir. Çəkiliş günü rejissorun seçimi məhdud olur, çünki büdcə ona bir ay sonraya və ya sabaha seçimi saxlamağa imkan vermir. Yəni düzgün kastinq aparılmır. Çox vaxt da kastinqdə oturanların 90%-i peşəkar olmur. Digər tərəfdən, rejissorlarımızın zəifliyi səbəbindən Azərbaycanda simalar həmişə arxa planda qalır. Çünki rejissor peşəkar aktyorun arxasında gizlənir. Halbuki, güclü rejissor iti baş rolda oynada bilər. Xaricdə bu praktika mövcuddur, bizdə bilmirəm. Azərbaycanda rejissor normal insanı baş rolda oynada bilmirsə,deməli, sən rejissor deyilsən, fərasətsizsən. Buna görə də şöhrətli və nüfuzlu insanların arxasında gizlənir və işini onlara uyğun qurursan. Mən özüm bir neçə qısametrajlı film çəkmişəm və istəməmişəm ki, çirkin insanlar rol alsın. Bu gün də bir film layihəm var, amma istədiyim aktyor və aktrisanı tapa bilmirəm, çünki tanınmışların arxasında gizlənmək istəmirəm. Mən sadəcə iş görmək istəyirəm.
-Gənc modellərin uğur qazanması üçün peşəkar model kimi nə tövsiyə edərdiniz?

Əvvəlcə moddelliyin nə olduğunu bilsinlər. İkinci bu sənətə həqiqi öz peşələri kimi baxsınlar. Bu sənət elədir ki, formada olmaqla yanaşı, düzgün adamlarla münasibət qurmalısan. Yəni, bu sahədə yetəri qədər fırıldaq insanlar var. Yeteri qədər diqqətli olmalıdırlar. Profesionalara müraciət etmələdirlər. Bir də model baxımlı olmalıdır. Məni ən çox narahat edən odur ki, insanlar özlərini tanımadan, güzgü qarşısına keçmədən modellik sahəsinə daxil olur və “mən modeləm” deyir. 2010–2013-cü illərdə Azərbaycanda modellik sahəsində bir canlanma dövrü yaşandı. Birdən-birə hər kəs bu sahəyə meyl etməyə başladı. Həmin illərdə seçimlər daha keyfiyyətli idi, boy və digər xüsusiyyətlərə ciddi diqqət yetirilirdi və modellər bu meyarlara əsasən seçilirdi. Bu gün isə insanlar sanki güzgüyə baxmadan modellik sahəsinə daxil olur. Ən azı, müəyyən standartlara uyğun olmaq vacibdir. Məsələn, bir kişi 1.70 boyla model ola bilməz. Bu, dünyanın heç bir yerində qəbul edilmir. Oğlanların boyu minimum 1.85-dən başlamalıdır. Əgər oğlanın boyu 1.70-dirsə, qızın boyu 1.60 olmalıdır ki, bu da modelliyə heç cür uyğun gəlmir. Həmçinin, bədən ölçüləri də müəyyən standartlara cavab verməlidir. Təsəvvür edin ki, bir yarışma keçirilir. Burada 1.80 boyu da olan var, 1.75 boyu da, hətta 1.59 boyu olan da. Yarışmanı təşkil edənlər pul qazanmalıdır. Kim pul verirsə, birinci yeri o tutur. Beləliklə, 1.50 boyunda olan bir qız pulu veribsə, qalib olur, amma 1.80 boyunda olan qız kənarda qalır. Bu qız özünü təsdiqləmək üçün yenidən yarışmalara qatılmalı, nə vaxtsa, pul ödəməlidir.Yaxud da qalib olmaq üçün tam başqa yönlərdən istifadə etsin. O yoldan da hər insan istifadə etmir. Nəticədə, podyum standartlarına uyğun gəlməyən 1.60 boylu “model”lər meydana çıxır. Sosial şəbəkələrdə, TikTok-da özlərinə “model” statusu verirlər, “mən modeləm” yazırlar. Amma podyuma çıxanda iki addım ata bilmirlər. Halbuki, qızların minimum boyu ən azı 1.70 olmalıdır. Acınacaqlısı odur ki, bu gün modellərin heç birinin şöhrəti də yoxdur. İndi tanınanlar TikTok istifadəçiləridir. Heç bir təhsili olmayan, cəmiyyət üçün zərərli olan, ailələri dağıdan bu insanlar, təhsilli modellərdən belə üstün mövqedədirlər. Sanki qabağa getmək üçün TikTok-da məşhur olmalıyıq və səviyyəmizi onların səviyyəsinə endirməliyik. Amma bu da hər kəsdə alınmır.

Sevil Akifqızı

BƏNZƏR XƏBƏRLƏR

Xırdalanda yanğın qısa müddətə söndürüldü-FHN(fotolar)
Cəmiyyət

Xırdalanda yanğın qısa müddətə söndürüldü-FHN(fotolar)

2025/09/13 18:48
0
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Hərbi

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

2025/09/13 17:40
0
Toy karvanında qaydaları pozan şəxslər saxlanılıb
Cəmiyyət

Toy karvanında qaydaları pozan şəxslər saxlanılıb

2025/09/13 14:39
0
“Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Hərbi

“Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir

2025/09/13 12:20
0
Azyaşlının sükan arxasına keçməsi faciə ilə nəticələndi – BDYPİ-dən xəbərdarlıq
Cəmiyyət

Azyaşlının sükan arxasına keçməsi faciə ilə nəticələndi – BDYPİ-dən xəbərdarlıq

2025/09/13 11:31
11
Azərbaycan Respublikası Baş prokurorunun Sinqapur Respublikasına səfəri başa çatıb( FOTOLAR)
Cəmiyyət

Azərbaycan Respublikası Baş prokurorunun Sinqapur Respublikasına səfəri başa çatıb( FOTOLAR)

2025/09/11 13:36
7

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

Dekabr 23, 2024
Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Oktyabr 4, 2024
Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Sentyabr 2, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

Xırdalanda yanğın qısa müddətə söndürüldü-FHN(fotolar)

Xırdalanda yanğın qısa müddətə söndürüldü-FHN(fotolar)

Sentyabr 13, 2025
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Sentyabr 13, 2025
Toy karvanında qaydaları pozan şəxslər saxlanılıb

Toy karvanında qaydaları pozan şəxslər saxlanılıb

Sentyabr 13, 2025
Tərtərdə polis nəfəri silahla ehtiyatsız davrandı, vəfat etdi

Abşeron və Sabunçu rayonlarında oğurluq edən şəxslər saxlanılıb

Sentyabr 13, 2025

Recent News

Xırdalanda yanğın qısa müddətə söndürüldü-FHN(fotolar)

Xırdalanda yanğın qısa müddətə söndürüldü-FHN(fotolar)

Sentyabr 13, 2025
0
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Sentyabr 13, 2025
0
Toy karvanında qaydaları pozan şəxslər saxlanılıb

Toy karvanında qaydaları pozan şəxslər saxlanılıb

Sentyabr 13, 2025
0
Tərtərdə polis nəfəri silahla ehtiyatsız davrandı, vəfat etdi

Abşeron və Sabunçu rayonlarında oğurluq edən şəxslər saxlanılıb

Sentyabr 13, 2025
0
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In