Çərşənbə axşamı, Dekabr 2, 2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Laçın şəhərinin strateji və mədəni əhəmiyyəti

01 Dekabr, 25 / 16:01
Siyasət
A A

Laçın rayonunun 2020-ci ilin noyabr ayında işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması baxımından tarixi bir hadisə kimi qiymətləndirilir. Bu azadlıq min illər boyu Azərbaycan xalqının tarixində yaranan ədalət arzularının reallaşmasının simvoludur. Şəhərin bərpası və burada həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, yaşayış məntəqələrinin müasir tələblərə uyğun qurulması, sosial obyektlərin istifadəyə verilməsi, yol-nəqliyyat şəbəkəsinin yenidən təşkili və digər mühüm tədbirlər regionun həm iqtisadi, həm də sosial həyatının yüksəlməsinə mühüm töhfə verir. Ərazidə həyata keçirilən bərpa işləri, infrastruktur layihələri ilə məhdudlaşmır. Eyni zamanda, burada təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrdə görülən işlər, bölgədə həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Yeni məktəblər, tibb mərkəzləri, mədəniyyət evləri və digər ictimai obyektlər Laçının həm yerli əhalisinin, həm də bölgəyə qayıdan məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırır. “Laçın Şəhəri Günü” həm də dövlətin və cəmiyyətin qarşılıqlı əməkdaşlığının, birgə fəaliyyətinin göstəricisidir. Rayonun azad olunmasından sonra həyata keçirilən layihələr və tədbirlər, dövlətin planlı və sistemli siyasətinin, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən strateji qərarların əhəmiyyətini bir daha nümayiş etdirir. Bu gün Laçın yalnız coğrafi baxımdan deyil, həm də mənəvi baxımdan Azərbaycanın inkişaf edən və gələcəyə ümidlə baxan bir simvoluna çevrilmişdir. Laçının bərpası və inkişafı, həm ərazi bütövlüyünün təmin olunması, həm də milli-mənəvi qürurun möhkəmləndirilməsi baxımından Azərbaycanın qarşısında duran strateji hədəflərə xidmət edir. Bu gün Laçın, həm tarixi, həm də mədəni əhəmiyyətini qoruyaraq, Azərbaycanın inkişaf edən və dinamik gələcəyinə parlaq bir nümunə olaraq çıxış edir. Laçın rayonu, Azərbaycanın inzibati ərazi vahidi kimi ilk dəfə 1930-cu ildə təsdiq olunmuşdur. Bu rayonun strateji əhəmiyyəti, onun coğrafi mövqeyi ilə sıx bağlıdır. Laçın dəhlizi dağlıq və meşəlik relyefi ilə həm müdafiə, həm də ticarət baxımından əvəzsiz bir ərazi hesab olunurdu. Tarixi boyunca Laçın, Qarabağ bölgəsi ilə Azərbaycanın qalan hissəsi arasında kritik əlaqə dəhlizi rolunu oynayaraq regionun iqtisadi və hərbi təhlükəsizliyində mühüm strateji nöqtə kimi çıxış etmişdir. Eyni zamanda, sərhəd təhlükəsizliyi baxımından da Laçın rayonu xüsusi əhəmiyyət daşıyırdı, çünki burada yerləşən yüksək relyefli ərazilər və təbii baryerlər müdafiə imkanlarını artırır, düşmən təhdidlərinə qarşı regionun qorunmasına töhfə verirdi. Tarixi və mədəni baxımdan, Laçın Azərbaycan mədəniyyəti və dövlətçiliyi üçün mühüm mərkəz olmuşdur. Rayon ərazisində yerləşən tarixi abidələr, qədim məscidlər, karvansaraylar və köhnə yaşayış məskənləri regionun zəngin mədəni irsini və Azərbaycan tarixinin müxtəlif dövrlərində formalaşmış dövlətçilik ənənələrini əks etdirirdi. Bu abidələr yalnız maddi-mədəni irs kimi deyil, həm də milli mənəvi yaddaşın, xalqın tarixi kimliyinin qorunması baxımından əvəzsiz dəyərə malik idi. Laçın rayonunun kəndləri və dağlıq əraziləri, eyni zamanda, Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayırdı. Burada təbii resursların mövcudluğu, eləcə də münbit torpaqların və meşəlik ərazilərin zənginliyi kənd təsərrüfatı, heyvandarlıq və digər iqtisadi fəaliyyətlərin inkişafına şərait yaradırdı. Tarixi dövrlərdə Laçın həm yerli əhalinin yaşayış məskənlərinin formalaşmasına, həm də regionlararası iqtisadi əlaqələrin inkişafına təkan verən strateji və iqtisadi mərkəz kimi tanınmışdır. Eyni zamanda, Laçın rayonunun strateji mövqeyi yalnız coğrafi baxımdan deyil, həm də sosial və siyasi baxımdan önəm daşıyırdı. Rayonun dağlıq relyefi və meşəlik əraziləri burada həm müdafiə sistemlərinin qurulmasına, həm də bölgələrarası nəqliyyat və ticarət dəhlizlərinin təhlükəsizliyinə şərait yaradırdı. Bu, Azərbaycanın ümumi dövlət təhlükəsizliyi və milli maraqlarının qorunması baxımından Laçını xüsusi əhəmiyyətli bir regiona çevirirdi. Laçının tarixi və mədəni irsi, strateji mövqeyi, təbii resursları və iqtisadi potensialı onu Azərbaycanın regionlararası əlaqələrində və dövlətçilik strategiyasında ayrılmaz hissəyə çevirirdi. Rayonun zəngin mədəniyyət irsi və strateji mövqeyi, həmçinin buradakı yaşayış məskənlərinin formalaşması, Azərbaycanın milli inkişafında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində Laçını xüsusi bir yerə qoymuşdur. 18 may 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Laçın rayonunu işğal etməsi Azərbaycan tarixində faciəli bir səhifə kimi yadda qalmışdır. Bu işğal, ərazinin fiziki itirilməsi kimi, regionun sosial, iqtisadi, mədəni və mənəvi strukturuna dərin zərbə vurmuşdur. Uzun illər davam edən işğal nəticəsində Laçın rayonu öz iqtisadi potensialını itirmiş, tarixi və mədəni irsi ciddi zədələnmiş, əhali isə etnik təmizləmə siyasətinə məruz qalaraq yaşadıqları torpaqlardan zorla köçürülmüşdür. Rayon əhalisinin yaşadığı faciəvi vəziyyət xüsusilə diqqətəlayiqdir. İşğal nəticəsində 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş, bir çox insan isə itkin düşmüşdür. Bu, təkcə insan itkisi deyil, həm də bölgədə sosial həyatın, ailə və icma münasibətlərinin dağılmasına gətirib çıxarmışdır. Əhalinin zorla deportasiyası, onların sosial və iqtisadi imkanlarının məhdudlaşdırılması, həmçinin etnik və mədəni təmizləmə siyasəti regionun tarixi-mədəni inkişafına ciddi maneə yaratmışdır. Ermənistanın işğal dövründə Laçın rayonunda törətdiyi dağıntılar iqtisadi və sosial sahələrdə də böyük fəsadlar yaratmışdır. 217 mədəniyyət müəssisəsinin, 101 təhsil müəssisəsinin, 142 səhiyyə obyektinin, 462 ticarət obyektinin, 30 rabitə obyektinin, 133 idarə və müəssisənin, eləcə də 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat müəssisəsi və müxtəlif istehsal müəssisələrinin tamamilə məhv edilməsi işğalın iqtisadi və sosial ziyanını açıq şəkildə ortaya qoyur. Bu, regionda iqtisadi fəaliyyətin dayanmasına, iş yerlərinin itirilməsinə və əhalinin yaşam şəraitinin ağırlaşmasına səbəb olmuşdur. Mədəni və mənəvi itkilər də işğalın yaratdığı ciddi fəsadlar sırasındadır. Laçın rayonunun zəngin tarixi və mədəni irsi, qədim məscidlər, tarixi abidələr və digər mədəniyyət obyektləri işğal dövründə dağıdılmış və ya tamamilə məhv edilmişdir. Bu, maddi ziyan milli-mənəvi dəyərlərin itirilməsi, xalqın mədəni kimliyinin zəifləməsi deməkdir. İşğal, regionun tarixi yaddaşının, mədəni irsinin və sosial toxumasının ciddi sarsılmasına səbəb olmuşdur. Bütün bu faktlar, Laçın rayonunun işğalının təsirinin fiziki və iqtisadi səviyyədə olmadığını, eyni zamanda milli-mənəvi, sosial və mədəni sahələrdə dərin zərər yaratdığını göstərir. İşğalın nəticələri, Azərbaycanın tarixi və dövlətçilik maraqları üçün ciddi təhlükə olmuş, regionun inkişafının uzun müddət dayandırılmasına gətirib çıxarmışdır. Bu səbəbdən, Laçın rayonunun işğaldan azad olunması, həm ərazi bütövlüyünün bərpası, həm də milli-mənəvi ədalətin, tarixi haqların və sosial-iqtisadi inkişafın təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir.
27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən Müharibəsi Azərbaycan tarixində mühüm dönüş nöqtəsi kimi qeyd olunur. Bu müharibə və hərbi əməliyyatların nəticəsi, Azərbaycanın dövlətçilik iradəsinin, suverenliyinə sadiqliyinin və milli birliyinin parlaq ifadəsi oldu. Qəhrəman Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında taktiki, həm strateji və diplomatik sahədə mühüm uğurlar əldə etdi. Ordunun peşəkarlığı, döyüş ruhu və xalqın dəstəyi bu qələbənin təmin olunmasında həlledici rol oynadı. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat nəticəsində Laçın rayonu Azərbaycanın dövlət nəzarətinə qaytarıldı. Bu, yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də Azərbaycanın beynəlxalq səviyyədə mövqeyinin və dövlətçilik nüfuzunun güclənməsi baxımından əhəmiyyətli hadisə idi. 1 dekabr 2020-ci il tarixində isə Laçın rayonu Ermənistan ordusundan tamamilə azad edildi. Bu azadlıq həm hərbi-siyasi, həm də milli-mənəvi qələbə kimi qiymətləndirilir. Laçının azad edilməsi, Azərbaycanın dövlətçilik iradəsinin və suverenliyinin parlaq nümunəsi kimi tarixə düşdü. Uzun illər doğma torpaqlarından ayrı qalmış sakinlər artıq öz evlərinə, yurdlarına geri dönmək imkanı əldə etdilər. Eyni zamanda, azad olunmuş ərazilərdə başlanmış bərpa və yenidənqurma işləri, regionun sosial-iqtisadi həyatının dirçəldilməsi və tarixi-mədəni irsin qorunması baxımından strateji əhəmiyyət kəsb edir. Azad edilmiş Laçın, artıq Azərbaycanın dövlətçilik gücünün,milli həmrəyliyin və milli qürurun simvoluna çevrilmişdir. Rayonun sakinlərinin geri dönməsi, yeni sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, mədəniyyət və təhsil obyektlərinin bərpası, Azərbaycan dövlətinin regionda dayanıqlı inkişaf strategiyasını uğurla reallaşdırdığını göstərir.
Laçın şəhərinin bərpası və sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin rəhbərliyi altında strateji bir layihə kimi həyata keçirilir. Bu proses fiziki infrastrukturun yenidən qurulmasını əhatə etməklə yanaşı, həm də bölgədə uzunmüddətli davamlı inkişafın təmin olunmasına xidmət edir. 2023-cü ilin may ayından etibarən Laçınlıların doğma yurdlarına qayıdışı başlamış və şəhər artıq 234 ailəni qəbul etmişdir. Hökumət tərəfindən ilin sonuna qədər 900 ailə üçün yeni yaşayış binalarının istifadəyə verilməsi planlaşdırılır ki, bu da regionun sosial stabilliyini və əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin edəcəkdir. Bərpa proses yaşayış binalarının tikintisi ilə məhdudlaşmır. Məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri və digər sosial infrastrukturlar yüksək keyfiyyət standartlarına uyğun olaraq yenidən qurulur. Bu, region sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması və sosial xidmətlərə çıxış imkanlarının artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, bərpa işləri çərçivəsində həyata keçirilən ekoloji layihələr, Laçının təbii mühitinin qorunması və bərpası istiqamətində mühüm rol oynayır. Meşələrin bərpası, su ehtiyatlarının qorunması, torpaq resurslarının səmərəli istifadəsi və ekosistemlərin davamlı inkişafı üçün atılan addımlar, regionun ekoloji sabitliyini təmin edir. Laçın şəhərinin bərpası o cümlədən, milli-mənəvi əhəmiyyət daşıyır. Doğma torpaqlarına qayıdan sakinlər yalnız fiziki evlərinə deyil, həm də mənəvi dəyərlərinə, tarixi və mədəni irsə geri dönmüş olurlar. Bu proses, həmçinin dövlətin ərazi bütövlüyünü qorumaq və işğaldan azad olunmuş bölgələrdə sosial-iqtisadi bərpanı təmin etmək iradəsini nümayiş etdirir. Bərpa layihələri nəticəsində şəhər təkcə yaşayış məkanı kimi deyil, həm də sosial, mədəni və ekoloji baxımdan müasir və dayanıqlı inkişaf modelinə çevrilir. Ekoloji bərpa və sosial infrastrukturun yenidən qurulması, həmçinin regionun uzunmüddətli davamlı inkişaf strategiyasının bir hissəsi kimi həyata keçirilir. Bu, yalnız yerli əhalinin həyat şəraitini yaxşılaşdırmaqla kifayətlənmir, həm də Laçının Azərbaycanın iqtisadi, mədəni və ekoloji inkişafına töhfəsini artırır. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu layihələr, həm milli-mənəvi qürurun, həm də dövlətin strateji planlaşdırma qabiliyyətinin parlaq nümunəsi kimi tarixdə öz yerini alır. Nəticə etibarilə, Laçın şəhərinin bərpası və inkişafı, yalnız fiziki infrastrukturun yenidən qurulması deyil, həm də sosial-iqtisadi sabitliyin təmin olunması, ekoloji tarazlığın qorunması və milli-mənəvi dəyərlərin bərpası baxımından strateji əhəmiyyət daşıyan kompleks bir layihədir. Bu, Azərbaycan dövlətinin regionların davamlı inkişafına, əhalinin rifahına və milli birliyin möhkəmləndirilməsinə verdiyi önəmli töhfələrin parlaq nümunəsidir.
Laçın rayonunun sosial-iqtisadi və mədəni potensialı, Azərbaycanın ümumi inkişaf konsepsiyasına inteqrasiya olunmuşdur. Burada reallaşdırılan layihələr regional əmək bazarını canlandırır, iş yerlərinin yaradılmasına imkan verir və sosial infrastrukturu möhkəmləndirir. Eyni zamanda, şəhərin təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlərlə təchiz olunması, gələcək nəsillər üçün dayanıqlı və inkişaf yönümlü mühitin formalaşdırılmasına xidmət edir. Laçının sosial-iqtisadi canlanması, yerli sakinlərin həyat səviyyəsini artırılması, regionun uzunmüddətli iqtisadi və mədəni inkişaf strategiyasına töhfə verir. Rayonun azadlığı və bərpası, Azərbaycan xalqının qələbəsinin, dövlətçilik iradəsinin və milli birlik ruhunun simvolu kimi gələcək nəsillərə ötürüləcəkdir. Laçın, həmçinin Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən strateji bir nöqtə kimi çıxış edir. Burada reallaşdırılan bütün infrastruktur və sosial layihələr, milli-mənəvi dəyərlərlə yanaşı, dövlətin iqtisadi inkişaf strategiyasını da əks etdirir və Azərbaycanın regiondakı mövqeyini daha da möhkəmləndirir. Bərpa və inkişaf layihələri yalnız fiziki və iqtisadi aspektləri əhatə etmir, o milli-mənəvi dəyərlərin, tarixi irsin və mədəniyyətin qorunmasına xidmət edir. Laçın şəhərinin müasir siması, Azərbaycanın dövlətçilik ənənələrinin, xalqın iradəsinin və strateji baxışının parlaq ifadəsi kimi formalaşır. Bu, həm də regionda sosial-iqtisadi dayanıqlılığın, ekoloji balansın və mədəni zənginliyin təmin olunmasını gücləndirir. Nəticə etibarilə, Laçın rayonu, Azərbaycanın dövlətçilik gücünün, milli birliyinin və tarixi ədalətin simvoludur. Bu bölgədə həyata keçirilən hər bir layihə, həm yerli əhalinin rifahını artırır, həm də dövlətin strateji maraqlarını dəstəkləyir. Laçın, Azərbaycan xalqının tarixi qələbəsinin, dövlətin inkişaf strategiyasının və milli-mənəvi irsin parlaq göstəricisi olaraq gələcək nəsillərə ötürüləcəkdir.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

BƏNZƏR XƏBƏRLƏR

Kəlbəcərin dirçəlişində strateji yol xəritəsi və gələcək perspektivlər
Manşet

Kəlbəcərin dirçəlişində strateji yol xəritəsi və gələcək perspektivlər

2025/11/25 11:18
16
“Yeni dövlət prioritetlərinin analizi”- Fərid Mustafayev
Siyasət

“Yeni dövlət prioritetlərinin analizi”- Fərid Mustafayev

2025/11/17 9:20
9
Qürurumuzun əbədi simvolu
Siyasət

Qürurumuzun əbədi simvolu

2025/11/07 11:32
16
Azərbaycan–Qazaxıstan münasibətlərinin yeni mərhələsi və regional sabitliyin möhkəmlənməsi
Siyasət

Azərbaycan–Qazaxıstan münasibətlərinin yeni mərhələsi və regional sabitliyin möhkəmlənməsi

2025/10/25 11:16
15
Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur
Siyasət

Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur

2025/09/17 11:39
28
“Tarixi ədalətin təntənəsi”- Amil İsrayılov
Siyasət

“Tarixi ədalətin təntənəsi”- Amil İsrayılov

2025/08/19 12:28
36

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

Sentyabr 17, 2025
Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya  etiketi vurulub

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya etiketi vurulub

Oktyabr 9, 2025
“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

Dekabr 23, 2024
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

Nəsimi rayonunda polisin saxladığı narkokuryerdən 13 kiloqram marixuana aşkarlanıb

Nəsimi rayonunda polisin saxladığı narkokuryerdən 13 kiloqram marixuana aşkarlanıb

Dekabr 2, 2025
Ədliyyə Nazirliyinin rəhbər heyəti tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyinin rəhbər heyəti tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Dekabr 2, 2025
ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) açılış mərasimi keçirilib

ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) açılış mərasimi keçirilib

Dekabr 2, 2025
ƏÜO-da inspeksiya yoxlamaları zamanı bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib – VİDEO

ƏÜO-da inspeksiya yoxlamaları zamanı bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib – VİDEO

Dekabr 2, 2025

Recent News

Nəsimi rayonunda polisin saxladığı narkokuryerdən 13 kiloqram marixuana aşkarlanıb

Nəsimi rayonunda polisin saxladığı narkokuryerdən 13 kiloqram marixuana aşkarlanıb

Dekabr 2, 2025
0
Ədliyyə Nazirliyinin rəhbər heyəti tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyinin rəhbər heyəti tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Dekabr 2, 2025
1
ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) açılış mərasimi keçirilib

ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) açılış mərasimi keçirilib

Dekabr 2, 2025
0
ƏÜO-da inspeksiya yoxlamaları zamanı bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib – VİDEO

ƏÜO-da inspeksiya yoxlamaları zamanı bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib – VİDEO

Dekabr 2, 2025
3
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In