Bazar ertəsi, İyul 7, 2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Analitika

Lənkaranlılar Vətən üçün ölməyi seçdi tarixi hadisəsi niyə talışlarda saat 12-dən sonra ifadəsinə çevrildi?

17 Yanvar, 25 / 19:05
Analitika, Manşet
A A

Azərbaycan çox zəngin bir coğrafiyaya məxsudur. Tarix boyu bu coğrafiyada yaşayan millətlər çiyin-çiyinə, əl-ələ verib yaşayıblar. Bu coğrafiyada yaranan bütün dövlətlər və imperiyalar hər zaman burada yaşayan xalqların birliklərindən yaranıb. Azərbaycanı gözəl edən də bu birlik, bu millətlər olub. Bu millətlər içərisində əsrlərdir bizimlə nəfəs alan, torpaqdan, sudan, oddan bərabər istifadə edən mərd bir xalq var-TALIŞLAR.

Talışlar öz mərdlikləri, igidlikləri ilə bilinən insanlardırlar. Çox qonaqpərvər, istiqanlı, mərddi insanları bu yerlərin. Sevməyi də bilirlər, sevinməyi də, vətən üçün ölməyi də, vətən üçün vuruşmağı da. Talış xalqı dostluqda mərdliyi ilə seçilib. Şah İsmayıl Xətai onların qonağı olan zaman ona qarşı sui-qəsd hazırlanmasını eşidən Talış xanı bu işdə əli olan öz anasını belə həbs etmiş idi ki, qonaq Allah qonağıdır və kimsə onun saçının telinə toxuna bilməz. Özü əlinə silah alıb sui-qəsdçilərə qarşı döyüşüb. Buna görə Şah babamızın sağ tərəfində hər zaman yaşılpaltarlı talış döyüşçüləri olub.

Nadir Şahın da ordusunda ən ön sırada Talış döyüşçüləri olub. 1918-ci ilin mart ayından Azərbaycan xalqına qarşı törədilən soyqırım zamanı 3 min talış dinindən və inancından dönməyərək şəhid olublar. Azərbaycan Cümhuriyyətini qoruyanlar içərisində Talış xanın varisləri öndə olublar. I və II Qarabağ müharibəsində ən çox şəhid içərisində Talışların adı çəkilir.

Bu gün gözəl millət barəsində xoş olmayan bir ifadə səslənir “Saat 12-dən sonra”.

Bu ifadənin tarixini bilməyən, bu sözün kimlər tərəfindən yayılmasından xəbərdar olmayanlar boş boş danışırlar.

Bəziləri izah edir ki, guya bu ifadə Cənub bölgəsinin insanları çay, düyü plantasiyalarında, tarlalarda sübh saat 5-dən işə başlayardılar və saat 12-də, yəni günorta, artıq hava çox isinəndə işi dayandırmasından sonra yaranıb.

Müxtəlif versiyalar var. Lakin elm və tarix dəqiqliklə bu ifadənin yaranmasını Rusiyanın Lənkaran qalasını işğal etməsindən sonra təsdiq edir.

1812-ci ilin dekabr ayının sonunda Rusiyanın işğalçı ordusu general Pyotr Kotlyarevskinin başçılığı altında Lənkaran qalasını mühasirəyə alır. Mühasirə dövründə general şəhərin müdafiəsinə başçılıq edən döyüşdən öncə Sadiq Xana məktub yazıb təslim olmağı çağırır və dekabrın 31-i saat 12 tamama qədər vaxt qoyur. Saat 12-yə qədər təslim olmaq üçün qapıları açmağı və onları silaha yerə qoymaq şərtini irəli sürür.

Sadiq xan qalanın içərisində olan talış və türk-qacar döyüşçüləri bir yerə toplayıb soruşur ki, biz ruslara nə cavab verək, təslim olaq yoxsa döyüşək. Döyüşçülər hamısı bir ağızdan ölsək də təslim olmarıq deyirlər. “Vətənimizi dərindən sevərək, biz çarəsiz və inadla müqavimət göstərməli, ölənə qədər vuruşmalı, qalanı əlimizdə saxlamağa var gücümüzlə çalışmalı, vətənimizi xilas etmək üçün özümüzü qurban verə biləcəyimizi soyğunçulara sübut etməliyik. Müqavimətə hazır olun, çünki düşmən quduz canavar kimi bizə doğru gəlir. Qoy hamı silaha sarılsın, kim bilirsə, silahdan istifadə etsin. Vətən uğrunda cəsarətlə və mətanətlə vuruşaraq şanlı ölümlə ölmək şiddətli şimal ayıları tərəfindən parçalanmaqdan yaxşıdır”. çıxışı edir və general Pyotr Kotlyarevskiyə cavab göndərir :

“Tanrıya inanan özgə vətəndə qanlar töküb, sadə xalqı yağmalamaz”

Bu cavabı alan general Pyotr Kotlyarevski 1813-cü ilin 1 yanvarında əmr verir:

“Bu Lənkaran qalasında olanların başı işləmir, yaşamaq əvəzinə Vətən üçün ölməyi seçdilər. Saat 12-dən sonra qalanı alın və kimisə sağ buraxmayın”

İşğalçı ruslar ən yüksək acınacaqlı və intiqam xəttinə çatdılar – hətta körpə çağalar, hamilə qadınlar, kişilər və qadınlar da daxil olmaqla qarşılarına çıxan əsgərləri və eləcə də hər kəsi amansız şəkildə öldürür və süngülərdən keçirirdilər.

Bundan sonra Ruslar amansızasına Lənkəran şəhərində qarşılarına çıxanları öldürməyə başladılar. Mənbələrdə 3737 Lənkəranın müdafiəçilərinin öldürüldüyü yazılır.

Ruslar 350 nəfər itki verərək Lənkərana daxil ola bildilər. Şəhərin müdafiə qüvvələrinə rəhbərlik edən Sadıq Xan qəhrəmancasına savaşaraq ölür . Ruslar şəhərə daxil olduqdan sonra demək olar ki , əsl qətliam edərək şəhərin 16 min sakinin öldürdülər .

Məhz bu savaşdan sonra rus tarxçiləri 12-dən sonra başları çönən Lənkəran qalasındakılar ölümü seçdi deyə yazmağa başladılar.
Bundan sonra bu sözü həqarət kimi işlədən rus tarixçiləri, ədəbiyyatçıları regionda bu ifadənin yaranmasına şərait yaratdılar. Lənkaran qalasının işğalından sonra bu sözü Talışlara qarşı işlətməyə və təslim olmadan Vətən üçün ölməyi seçənləri təhqir etməyə başladılar.

Bu sözü 12-dən sonra VƏTƏN ÜÇÜN ÖLMƏYİ SEÇƏNlərə qarşı “başları işləmir” kimi yaymağa başladılar və böyük bir təhqirin bünövrəsini qoydular. Söz əslndə “Lənkaranlılara” aiddir. Sonradan talış xalqına qarşı istifadə edilməyə başladı

Zaur Aliyev, dosent

BƏNZƏR XƏBƏRLƏR

“Xankəndidəki İƏT Zirvəsi Azərbaycanın diplomatik uğurudur”- Vüqar Oruc
Cəmiyyət

“Xankəndidəki İƏT Zirvəsi Azərbaycanın diplomatik uğurudur”- Vüqar Oruc

2025/07/05 8:55
0
Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında Memorandum imzalanıb
Cəmiyyət

Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında Memorandum imzalanıb

2025/07/03 12:15
0
Vətənə, xalqa xidmətin təntənəsi
Cəmiyyət

Vətənə, xalqa xidmətin təntənəsi

2025/07/02 13:03
9
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Cəmiyyət

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

2025/07/01 19:00
4
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Hərbi

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

2025/06/29 11:05
3
Müdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında olub
Hərbi

Müdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında olub

2025/06/26 12:17
0

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

Dekabr 23, 2024
Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Oktyabr 4, 2024
Lənkaranlılar  Vətən üçün ölməyi seçdi tarixi hadisəsi niyə  talışlarda saat 12-dən sonra ifadəsinə çevrildi?

Lənkaranlılar Vətən üçün ölməyi seçdi tarixi hadisəsi niyə talışlarda saat 12-dən sonra ifadəsinə çevrildi?

Yanvar 17, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“Xankəndidəki İƏT Zirvəsi Azərbaycanın diplomatik uğurudur”- Vüqar Oruc

“Xankəndidəki İƏT Zirvəsi Azərbaycanın diplomatik uğurudur”- Vüqar Oruc

İyul 5, 2025
Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

İyul 4, 2025
İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü

İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü

İyul 4, 2025
“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb

“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb

İyul 4, 2025

Recent News

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In