Şənbə, Dekabr 6, 2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

İstanbulda “Aşıq Mikayıl Azaflı. Seçilmiş şeirlər” və “Azərbaycan nağılları” kitablarının təqdimatı keçirilib

04 Noyabr, 24 / 20:45
Cəmiyyət, Mədəniyyət, Sosial
A A

Noyabrın 2-də TÜYAP kompleksində işə başlayan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisi maraqlı tədbir və təqdimatlarla davam edir.
Azərbaycanın “fəxri qonaq ölkə” olduğu sərgi çərçivəsində ədəbiyyat, mədəniyyət və mətbəximizlə bağlı təqdimatlar təşkil olunur. Noyabrın 4-də sərgi məkanında bu il 100 illiyi qeyd olunan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, şair, Əməkdar mədəniyyət işçisi Mikayıl Azaflının (Mikayıl Cabbar oğlu Zeynalov; 1924-1990) şeirlərindən ibarət kitabın təqdimatı keçirilib.
Təqdimat mərasimi TÜRKSOY, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirin moderatoru Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı nəşrin ərsəyə gəlməsindən danışıb. Qeyd edib ki, “Aşıq Mikayıl Azaflı. Seçilmiş şeirlər” adlı kitab görkəmli saz-söz ustadının 100 illiyinə həsr olunub.
Mədəniyyət nazirinin müavini TÜRKSOY-un Türk dünyasının ədəbiyyat və mədəniyyətinin təbliğinə töhfə verən layihələrinin əhəmiyyətini yüksək qiymətləndirib. O, Mədəniyyət Naziriliyi ilə TÜRKSOY-un bu sahədə uğurlu əməkdaşlığının davamlı olacağına əminliyini bildirib.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Mikayıl Azaflının keşməkeşli həyat yolu və yaradıcılığından danışıb. Aşıq-şairin əsərlərinin Azərbaycanda və Türkiyədə nəşri tarixinə nəzər salıb.
Türkiyədəki “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi (AYB) Türkiyə bölməsinin sədri İmdat Avşar, AYB-nin katibi şair Səlim Babullaoğlu, Mikayıl Azaflının qardaşı nəvəsi, “Azaflı” Sosial yardım və mədəniyyət dərnəyinin başqanı Arzuman Azaflı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Nizar Kara və başqaları çıxış edərək ustad sənətkarın ömür yolu və yaradıcılığından danışıb, nəşrin ərsəyə gəlməsində zəhməti olanlara təşəkkür ediblər.
Məlumat verilib ki, şeirləri Zehra Işık türk dilinə uyğunlaşdırıb. Kitab TÜRKSOY-un baş katibi Sultan Raevin təqdimat yazısı ilə açılır. Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı nəşrə geniş ön söz yazıb.
Sonra təqdimat ərzurumlu aşıq Erol Erqaninin ifasında Mikayıl Azaflının sözləri üstündə saz havaları ilə davam edib.
Qeyd edək ki, Mikayıl Azaflı yaradıcı aşıq kimi tanınıb. Onun “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı sənəti”, “Azaflı dünyası”, “Azaflı gəraylısı”, “Azaflı himni”, “Mikayılı”, “Məzahiri”, “Azaflı dağları”, “Azaflı bəhri”, “Azaflı müxəmməsi”, “Şah sarayı” kimi saz havaları dillər əzbəri olub. Bu havaların hər birinin öz ritmi, ahəngi, gözəlliyi və təkrarsız melodik zənginliyi var.
Sonda TÜRKSOY-un xatirə hədiyyələri təqdim olunub.
***
Həmin gün bu il Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış və Türk dilinə tərcümə olunmuş “Azərbaycan xalq nağılları” kitabının təqdimatı keçirilib.
Azərbaycanın tanınmış uşaq yazarları Almaz Amanova və Sevinc Nuruqızı çıxış edərək xalq nağıllarının əhəmiyyətini vurğulayıb, uşaqların estetik zövqünün formalaşmasında belə nəşrlərin çap olunmasının vacibliyini diqqətə çatdırıblar.
Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mərkəzin nəşr layihələri haqqında məlumat verib, bu kimi layihələrin gələcəkdə də davamlı olacağını bildirib.
Bildirilib ki, kitabın tərtibçisi Türkiyədə yaşayan azərbaycanlı alim, kulturoloq Mətanət Hüseynova, nağıllar üzrə çəkilmiş rəsmlərin müəllifi tanınmış uşaq rəssamı Nüşabə Kiçikdir.
Kitabda “Tıq-tıq xanım”, “Cırtdan”, “Şəngülüm, Şüngülüm, Məngülüm nağılı”, “Keçəl”, “Göyçək Fatma”, “Ovçu Pirimin nağılı”, “Sehrli xalça”, “Təpəgözün nağılı”, “Məlikməmməd”, “Tülkü, tülkü, tünbəki” – ümumilikdə 12 nağıl yer alıb.
Tədbirdə İstanbulda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan orta məktəbin bir qrup şagirdi də iştirak edib, uşaq yazıçılarına suallar ünvanlayıb, şeirlər səsləndiriblər.

BƏNZƏR XƏBƏRLƏR

Nazir Fərid Əhmədov Bərdə şəhərində vətəndaşları qəbul edib
Cəmiyyət

Nazir Fərid Əhmədov Bərdə şəhərində vətəndaşları qəbul edib

2025/12/05 18:59
1
Kürdəmir, Şamaxı və İsmayıllı rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlandı – ETSN
Cəmiyyət

Bakı şəhəri, Abşeron, Yevlax və Ağstafa rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub

2025/12/05 17:04
1
“ASAN xidmət” təcrübəsi Kambocada tətbiq olunacaq
Cəmiyyət

“ASAN xidmət” təcrübəsi Kambocada tətbiq olunacaq

2025/12/05 15:46
0
Mürsəl İbrahimov Xaçmazda vətəndaşların problemlərini dinlədi(FOTOLAR)
Cəmiyyət

Mürsəl İbrahimov Xaçmazda vətəndaşların problemlərini dinlədi(FOTOLAR)

2025/12/05 15:04
1
Daşkəsən rayonunda növbəti ekoloji aksiya təşkil edilib
Cəmiyyət

Daşkəsən rayonunda növbəti ekoloji aksiya təşkil edilib

2025/12/05 10:07
1
BDYPİ: Yağışlı hava yollarda diqqət, məsuliyyət və səbr tələb edir
Cəmiyyət

BDYPİ: Yağışlı hava yollarda diqqət, məsuliyyət və səbr tələb edir

2025/12/05 8:30
0

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

Sentyabr 17, 2025
Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya  etiketi vurulub

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya etiketi vurulub

Oktyabr 9, 2025
“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

Dekabr 23, 2024
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

İstanbulun gəzərək kəşf edin : Dünya memarlığının əsrarəngiz inciləri

İstanbulun gəzərək kəşf edin : Dünya memarlığının əsrarəngiz inciləri

Dekabr 5, 2025
Nazir Fərid Əhmədov Bərdə şəhərində vətəndaşları qəbul edib

Nazir Fərid Əhmədov Bərdə şəhərində vətəndaşları qəbul edib

Dekabr 5, 2025
Kürdəmir, Şamaxı və İsmayıllı rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlandı – ETSN

Bakı şəhəri, Abşeron, Yevlax və Ağstafa rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub

Dekabr 5, 2025
Azərbaycan nümayəndə heyəti İtaliyada keçirilən təlimdə iştirak edib

Azərbaycan nümayəndə heyəti İtaliyada keçirilən təlimdə iştirak edib

Dekabr 5, 2025

Recent News

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In