Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində hərbi qulluqçular üçün “10 sual – 10 cavab” adlı maarifləndirici vəsait hazırlanıb.
Vəsaitdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması, hərbi qulluqçuların vəzifələri, habelə Ombudsmanın insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə sual-cavab formatında faydalı məlumatlar yer alıb.