21 noyabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 illiyi münasibəti ilə Hacıqabul-Muğan avtomobil yolunun kənarında ağacəkmə aksiyası keçirilmişdir.
Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, aparatın məsul işçiləri, YAP Hacıqabul rayon təşkilatının, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbər şəxsləri və kollektivləri iştirak edirdi.
Hacıqabul şəhərinin qərb hissəsində, Hacıqabul-Muğan avtomobil yolunun kənarında keçirilən ağacəkmə aksiyasında yolunun kənarında tuya və sərv ağacı olmaqla ümumilikdə 100-dən artıq ağac və dekorativ köl əkildi. Ərazidə təmizlik-abadlıq işləri aparıldı, yeni əkilən tinglər suvarılıb aqrotexniki qaydada qulluq göstərilmişdir.



























