Haqq.az xəbər verir ki,bu gün saat 15:45 radələrində Hacıqabul-Şirvan yolunda avtomobil qəzası baş verib.
Hadisə zamanı VAZ 2107 markalı, 24 BH 709 dövlət nömrə nişanlı avtomobil və Mercedes markalı, 90 KF 934 dövlət nömrə nişanlı maşınla toqquşub . Toqquşma nəticəsində hər iki avtomobilə maddi ziyan dəyib.
Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Mirsahib Rahiloğlu