Ümummilli Lider Heydər Əliyevin Anım Günü!
12 dekabr tarixində Hacıqabul rayonunda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilat nümayəndələri, eləcə də Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının idarəetmə aparatı və kollektiv üzvləri iştirak etdilər.
Anım mərasimi daha sonra Rayon Mərkəzi Xəstəxanasında davam etdirilərək, “Heydər Əliyev və Səhiyyə İslahatları” mövzusunda geniş tədbirlə davam etdi. Ulu Öndərin ölkəmizin səhiyyə sahəsində həyata keçirdiyi islahatlar bir daha xatırlandı və onun irsi böyük hörmətlə yad edildi.
Ulu Öndərin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!